— "Sega" tərəfindən 27 noyabr 1998-ci ildə Yaponiyada, 9 sentyabr 1999-cu ildə Şimali Amerikada, 14 oktyabr 1999-cu ildə isə Avropada buraxılmış ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından birincisi idi. Bundan sonra "Sony" şirkətinin PlayStation, "Nintendo" şirkətinin 64 və "Microsoft" şirkətinin Xbox Onekonsolu satışa çıxarılmışdır. Dreamcast "Sega" şirkətinin sonuncu ev konsolu idi. Bu da şirkətin konsol bazarındakı 18 illik fəaliyyətini sona çatdırmışdır.
Dreamcast uğursuz Sega Saturn konsolunun baha proqram təminatı ilə müqayisədə xərcləri azaltmaq üçün "Hitachi SH-4" CPU və "NEC PowerVR2" GPU kimi ucuz komponentlərlə dizayn edilmişdir. Yaponiyada məyusedici resenziyalar alan Dreamcast ABC bazarında buraxıldığı ərəfələrdə uğurlu olmuş, ancaq "Sony" qarşıdan gələn PlayStation üçün marketinq kampaniyası apararkən konsola olan maraq tədricən azalmışdır. Qiymətinin bir neçə dəfə azaldılmasına baxmayaraq, konsolun satışları "Sega" şirkətinin proqnozlarını qarşılaya bilməmişdir və şirkət ziyana düşməyə davam etmişdir. Rəhbərlikdə edilən dəyişiklikdən sonra "Sega" şirkəti 31 mart 2001-ci ildə Dreamcast konsolunun satışlarını dayandırmış, konsol biznesindən ayrılmış və özünü üçüncü partiya nəşrçi olaraq yenidən strukturlaşdırmışdır. Dünya səviyyəsində 9.13 milyon Dreamcast nüsxəsi satılmışdır.
Dreamcast konsolunun ömrünün qısa olmasına və məhdud üçüncü partiya dəstəyinə baxmayaraq, resenziya müəllifləri konsolu vaxtından qabaqda olduğunu vurğulamışdır. Konsol üçün buraxılmış videooyunlar arasında "Crazy Taxi", "Jet Set Radio" və "Shenmue" kimi kreativ və innovativ buraxılışlar, eləcə də "Sega NAOMI" arkada sistemindən yüksək keyfiyyətli portlar var. Həmçinin, Dreamcast internet dəstəyi və onlayn geympley üçün daxilində modem olan ilk konsol idi.
Qeydlər
Mənbə Ədəbiyyat
Kateqoriya:Videooyun konsolları Kateqoriya:Sega konsolları Kateqoriya:1998-ci ilin videooyunları Kateqoriya:1999-cu ildə ABŞ-də yarananlar