Əsl timsahlar () fəsiləsinin növləri Asiya, Afrika, Avstraliya və Amerikanın tropik qurşaqlarında yayılıb, tipik nümayəndəsi uzunluğu 6-8 m-dən çox olan Nil timsahıdır (Crocodylis niloticus).Mustafayev Q.T., Tağıyev Ə.N., Sadıqova N.A. Onurğalılar zoologiyası. Dərslik. Bakı: Bakı Universiteti Nəşriyyat, 2009, s.288-202

Qidalanması Timsahların yemi çox müxtəlifdir, molyuskları, xərçəngləri, balıqları, quşları, hətta iri məməliləri belə yeyirlər; insana da hücum edirlər.

Çoxalması Yumurta qoymaqla çoxalır, xüsusi qayda ilə düzəltdikləri yuvalara 10-dan 100-ə qədər qaz yumurtası böyüklüyündə yumurta qoyur. Bəzi növlərin erkəkləri yuvanın yanında qalaraq yumurtaları qoruyur, 1,5-2 aydan sonra yumurtadan balalar çıxır.

Təsnifatı Fəsilənin 3 müasir cinsə mənsub 17 növü var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Timsahlar