Qətlin xatirələri ( və ya ) — Nensi Allenin baş rolunu canlandırdığı, Robert Luizin rejissoru, Con Harrisonun isə ssenaristi olduğu 1990-cı il cinayət-döyüş janrında çəkilmiş televiziya filmi.

"Qətlin xatirələri" Lifetime telekanalı üçün istehsal edilmiş bir çox orijinal filmlərdən birincisidir və populyarlığına görə sonradan 31 iyul 1990-cı ildə VHS və DVD-də yayımlanmışdır. Filmin ulduzlarından biri də aktrisa Venitidir. Çəkilişlər Britaniya Kolumbiyasında aparılıb.

Məzmun Cennifer (Nensi Allen) amneziyadan o dərəcə əziyyət çəkir ki, hətta öz həyat yoldaşını və qızını tanıya bilmir. Olduqca çaşqın və iztirablı bir şəkildə ümidsizcə həyatını parçalara ayırır və bununla da qaranlıq keçmişindən qalma bəzi qəribə sirlərə rast gəlir. O, keçmişdə həyatına daxil olmuş qadın qatilin onu izləmək və özünü və ailəsini qətlə yetirməklə intiqam almaq niyyətində olduğunu aşkar edir.

Rollarda Nensi Allen — Cennifer Qorden/Korey Nik Benedikt — cənab Beyts Oliviya Braun — Brenda Linda Darlou Don Sinkler Devis Cerom İden — mağaza meneceri Robin Saymons — Emi Robin Tomas — Maykl Veniti — Karmen İstinadlar

Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:1990-cı illərin döyüş triller filmləri Kateqoriya:1990-cı illərin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Amneziya haqqında filmlər Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin televiziya filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri