Bosniya və Herseqovina kondominiumu — 1878—1908-ci illərdə Avstriya-Macarıstan və Osmanlı İmperiyası (faktiki olaraq Avstriya-Macarıstanın inzibati tabeliyində idi) tərəfindən formal olaraq idarə olunan ərazi. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya olunmuşdur; 1919-cu ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibinə daxil oldu.

Rusiya-Osmanlı müharibəsinin nəticəsində 1878-ci ildə imzalanan Berlin müqaviləsinin şərtlərinə əsasən Bosniya əyaləti Avstriya-Macarıstan qoşunu tərəfindən işğal olundu, lakin rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsi kimi qalırdı (bax: kondominium). İşğal illəri ərzində Avstriya-Macarıstan hakimiyyəti vilayəti imperiyanın iqtisadi və siyasi strukturuna daxil etmək və orada bir sıra əhəmiyyətli iqtisadi və mədəni dəyişikliklər keçirməyə nail oldu. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya oldu və ölkənin tərkibinə daxil edildi.

Tarixi

İşğalı

1877-1878-ci illərdə baş verən Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Böyük güclər Berlin Konqresini təşkil etdilər, orada Bosniya vilayətinin Avstriya-Macarıstanın nəzarəti altına verilməsi qərara alındı. Ərazi Avstriya-Macar qüvvələri tərəfindən tutulmuşdur. Avstriya-Macarıstan həmçinin Sancak bölgəsinə də qoşunlarını yeritmişdir. Bosniyanın işğalı üçün Avstriya-Macarıstan komandanlığı 6-cı, 7-ci, 20-ci və 28-ci piyada diviziyaları, cəmi 82 113 əsgər və zabit, 13 313 at və 112 silah istifadə etmişdir. Qoşunların komandanlığını general Yozef Filipoviç həyata keçirirdi. Bosniya və Herseqovina ərazisinə qoşunların girişi 29 iyul 1878-ci ildə başladı. Keçmiş Osmanlı vilayətinin bütün ərazisi 20 oktyabr tarixinədək nəzarət altına alındı.

Bosniya və Herseqovinadakı Osmanlı ordu birləşmələri 40 000 hərbi qulluqçudan ibarət idi, hansılar ki, yerli yığma qoşun döyüşçüləriylə birlikdə təxminən 93 000 insan təşkil edirdi. Osmanlı və avstriya-macar qoşunları arasında əhəmiyyətli döyüşlər Çitluk, Stolats, Livno və Klobuk şəhərləri yaxınlığında baş vermişdir. Sarayevo 1878-ci ilin oktyabr ayında nəzarət altına alındı. Avstriya-Macarıstanın itkisi 5000-dən çox ölən və yaralanan insandan ibarət idi. Müqavimət üç həftə ərzində dayandırıldı. Avstriya-Macarıstan qüvvələrinə qarşı əsas müqaviməti Osmanlı qoşunlarının getməsindən sonra imtiyazlı statuslarını itirəcəklərini güman edən yerli müsəlmanlar göstərirdilər.

Kondominiumun bəzi hissələrində (xüsusən də Herseqovinada) gərginlik davam edirdi. 1881-ci ildə qəbul olunan hərbi xidmətə çağırış qanunu 1882-ci ilin yanvar ayında başlayan silahlı üsyanın başlamasına səbəb oldu. Həminki ilin mart ayında üsyan yatırdılmışdı və onun liderləri edam edilmişdir. İşğaldan sonra əsasən müsəlman əhalinin kütləvi mühacirəti başladı. Ancaq Avstriya-Macarıstan hakimiyyəti vəziyyəti sabitləşdirmək və sosial və inzibati islahatlara başlamağı bacardı. Avstriya hakimiyyəti Bosniyanın cənub slavyanları arasında millətçiliyin böyüməsinin qarşısını almaq və qanunların kodlaşdırılmasına böyük diqqət yetirirdi.

Anneksiya

6 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan İmperatoru Frans Iosif Bosniya və Herseqovinanı Avstriya-Macarıstana birləşdirmək niyyətində olduğunu bildirdi, həmçinin yerli xalqın muxtariyyət və konstitusiya hüquqlarının təmin olunacağını söyləmişdi . Bu qərar Rusiya, Osmanlı İmperiyası, Böyük Britaniya, İtaliya, Serbiya, Monteneqro, Almaniya və Fransanı əhatə edən Bosniya böhranının başlanmasına səbəb oldu. 1909-cu ilin aprel ayında status-kvonu təsdiqləyən və Bosniya və Herseqovinanın Avstriya ilhaqını tanıyan Berlin müqaviləsi imzalanmışdır.

Bosniya və Herseqovinanın ilhaqı Avstriyanın bir tərəfdən Rusiya, digər tərəfdən Serbiya ilə münasibətlərini pisləşdirdi. Serbiya Bosniyanın Avstriya-Macarıstana daxil edilməsini qanunsuz hesab etdi, bu, ölkədə millətçi düşüncənin artmasına səbəb oldu. Serbiyada Bosniya ilə Serbiyanın "yenidən birləşməsinə" yönəlmiş təşkilatlar meydana çıxmağa başladı.Dedijer, Vladimir. The Road to Sarajevo, Simon and Schuster, New York, 1966. р. 12 Nəticədə, bu gərginlik Sarayevo sui-qəsdinə və Birinci Dünya müharibəsinin başlanmasına səbəb oldu.

Birinci Dünya müharibəsi 28 iyun 1914-cü ildə Sarayevoda Qavrilo Prinsip Avstriya taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandı qətlə yetirdi. Sarayevo sui-qəsdindən sonra Zavidoviçi, Mostar, Şamats, Doboy və Bosniya və Herseqovinanın digər şəhərlərində Yosip Frankın Təmiz Hüquq Partiyasının təşkil etdiyi talanlara çevrilən anti-serb etirazları başlandı. İğtişaşlar zamanı serb kilsələri, pravoslav ziyarətgahları və serb vətəndaşlarının əmlakları dağıdılırdı. Bir çox serblər, xüsusilə Serbiya və Monteneqro ilə sərhəddə yaşayanlar qaçqın vəziyyətinə düşdülər.

Müharibə zamanı Bosniya və Herseqovinanın əhalisi səfərbərliyə cəlb edildi. Lakin Bosniya və Herseqovina ərazisi münaqişə zonasından aralıda idi və müharibəni nisbətən daha az zərər ilə başa vurdu. Birinci Dünya müharibəsinin bitməsindən sonra Bosniya və Herseqovina, sonradan Serblər, Xorvatlar və Slovenlər Krallığının ayrılmaz hissəsinə çevrilən Slovenlər, Xorvatlar və Serblər dövlətinin tərkibinə daxil oldu.

İslahatlar və idarəetmə left|thumb|Sarayevo vətəndaşları anneskiya edilmə elanı verən afişanı oxuyurlar. 1908-ci il.

thumb|232x232px|Benyamin fon Kallai — Bosniya və Herseqovinanın idarə edilməsində məsul olan Avstriya-Macarıstan maliyyə naziri.

İşğaldan anneksiyaya qədər Bosniyanın dövlət-hüquqi statusu "hüquqi anomaliya" idi, rəsmi olaraq Osmanlı əyaləti olaraq qalırdı, sultan qanuni idarəçi olmağa davam edirdi, faktiki olaraq isə hakimiyyət Avstriya-Macarıstana aid idi. Habsburq monarxiyasının rəsmi hüquqi sahəsində Bosniya və Herseqovina nə Sisleytaniya, nə də Transleytaniyaya daxil deyil idi. O, Habsburq tacına aid olan və Avstriya və Macarıstan hökumətləri tərəfindən birlikdə idarə olunan imperiyanın xüsusi, üçüncü ərazi vahidinə əlavə olundu, onların adından inzibati funksiyaları monarxiyanın Maliyyə Nazirliyi yerinə yetirirdi. Bosniyanın hüquq sistemi nə Avstriya, nə də Macaristana aid idi; sakinləri də avstriya və ya macar vətəndaşları sayılmırdılar. 1910-cu il konstitusiyasının qəbul edilməsinə qədər əyalət heç bir muxtariyyət hüququna malik deyildi və monarxiyanın icra hakimiyyətində iştirak etmirdi.

Yeni ərazinin inteqrasiyası tədricən davam edirdi, artıq 1879-cu ildə Bosniya və Herseqovina Avstriya-Macarıstan gömrük sisteminə daxil edilmişdir.Пахомова Л.Ю. Проблема управления новоприсоединенными землями в Новое время. Опыт австро-венгерского управления оккупированными областями - Боснией и Герцеговиной // Государственное управление. Электронный вестник. - 2008. - № 16. - С. 4

1883-1903-cü illərdə Bosniya və Herseqovinanın valisi Avstriya-Macarıstan Maliyyə Naziri Benyamin fon Kallai idi. Balkanlardakı əvvəlki diplomatik fəaliyyətinə görə əyalətdəki vəziyyət haqqında yaxşı xəbərdar idi və Bosniya və Herseqovinada islahatlar planını hazırladı. Kallainin fəaliyyətlərindən biri feodal türk rəhbərliyinin modernləşdirilmiş avstriya idarəçilik sistemi ilə əvəz olunması idi. İdarətmə, maliyyə və məhkəmə Avstriya nümunəsinə uyğun olaraq təşkil edilirdi. Bosniya və Herseqovinanın daxili idarəetmənin rəsmi dili olaraq alman dili geniş yayılmışdır. Kallai yüksək təhsilli və sərt seçimi prosedurunu keçmiş məmurları məqsədlərinə çatmaq üçün əsas vasitə hesab edirdi. Əgər Türkiyə rəhbərliyinin 120 məmuru vardısa, onda Avstriya-Macarıstanın 1881-ci ildə 600, 1897-ci ildə 7 378, ilhaq zamanı məmurların sayı 9 539-a çatdı.

Kallai tədricən monarxiyanın maraqlarına və bosniya maliyyə imkanlarına uyğun olaraq, Bosniyadakı sosial və iqtisadi şəraiti ümumi imperial vəziyyətə yaxınlaşdıraraq xalqın iştirakı olmadan idarəetməni nəzərdə tutan maarifləndirilmiş mütləqiyyət konsepsiyasını həyata keçirməyə başladı. Bu, işğaldan anneksiya vəziyyətinə keçmə yolunu açdı. Eyni zamanda Kallai Bosniya və Herseqovinada hökm sürən ictimai quruluşu dəyişdirməkdən çəkinirdi.

17 fevral 1910-cu ildə Bosniya və Herseqovinaya konstitusiya təqdim edildi, ona əsasən, əyalət hökuməti ilə birlikdə parlament də yaradıldı. Parlamentə üzvlər konfessiya əsasında seçilırdı: 31 yer - pravoslav, 24 - müsəlman, 16 - katolik millət vəkillərinə verildi.Абазович Д. Босния и Герцеговина: размышления о соотношении конфессиональной, этнической и национальной идентичности (на примере бошняков / мусульман) // Государство, религия, Церковь в России и за рубежом. - 2014. - № 2 (32). - С. 15 Vətəndaşlara tədricən genişlənməsini qanunvericilikdə nəzərdə tutulan minimal konstitusiya hüquqları verildi. Məhdud konstitusiya anlayışı, Avstriya-Macarıstan hakimiyyətinə görə, "Bosniya və Herseqovina xalqlarının mədəni geriliyinin məntiqi nəticəsi idi". Konstitusiya, fövqəladə vəziyyətdə məhdudlaşdırıla və ya ləğv edilə biləcəyini qeyd edərək əvvəlcədən mövcud olan vətəndaş hüquqlarını qanuniləşdirdi. Parlament qanunvericilik təşəbbüsündən və hökumətə nəzarət etmək hüququndan məhrum edildi. Bu hüquq, Baş İmperiya Maliyyə Nazirliyinin Bosniya və Herseqovina üzrə İdarəsinə aid idi.

Sosial-iqtisadi və demoqrafik məlumatlar

İqtisadiyyat Benyamin fon Kallai rəhbərliyi dövründə vilayətin iqtisadi inkişafı xüsusi bir plana uyğun aparılırdı və sürətlənmiş modernləşmə xarakteri daşıyırdı. Uzunluğu XX əsrin əvvəllərinə qədər 1684 kilometr təşkil edən dəmir yolları inşa edildi, lakin onlar əsasən dar keçid xətlərdən ibarət idilər. Dəmir filizi, maqnezium, duz və kömür yataqları üzərində işlər aparılırdı. Kənd təsərrüfatında buxar və elektrik dəyirmanları tətbiq edilirdi, damazlıq heyvandarlıq yaradıldı. Eyni zamanda, 1858-ci ildə qəbul olunan aqrar qanuna əsaslanan türk torpaq istifadəsi sistemi qorunurdu. Torpaq hələ də imtiyazlarının qorunub saxlanıldığı müsəlman zadəganların nümayəndələrinə məxsus idi. Kəndlilər torpaq mülkiyyətçilərindən asılı olmağa davam edirdilər. Əhalinin əksəriyyəti kəndlərdə yaşayırdı, şəhər sakinləri Bosniya və Herseqovina əhalisinin 15% -ni təşkil edirdi.

Demoqrafiya Aşağıdaki cədvəldə 1879—1910-cu illərdə Bosniya və Herseqovinanın əhalisi göstərilib: Siyahıyalınma iliMüsəlmanlar%Pravoslavlar%Katoliklər%İudalistlər%Toplam1879448 61338,7 %496 48542,9 %209 39118,1 %3 6750,3 %1 584 1641885492 71036,9 %571 25042,8 %265 78819,9 %5 8050,4 %1 336 0911895548 63235 %673 24642,9 %334 14221,3 %8 2130,5 %1 568 0921910612 13732,2 %825 41843,5 %434 06122,9 %11 8680,6 %1 898 044 Kondominiumda Avstriya-Macarıstanın digər yerlərindən gələn kiçik sayda miqrantlar var idilər. Bu, yeni milli qrupların yaranmasına səbəb oldu. Məsələn, 1910-cu il siyahıyaalınmasında Bosniyada 7095 çex aşkarlandı (onların 1702-si Sarayevoda qalırdılar).Шевченко К.В. Канун Первой мировой войны в чешском общественном мнении и прессе // Новейшая история России. - 2014. - № 3 (11). - С. 30

Millətlərarası münasibətlər Avstriya-Macarıstanın Bosniya siyasəti bosniya plüralizmi və dini müxtəlifliyini qorumağa çalışırdı. Avstriya-Macarıstan Maliyyə Naziri və Bosniyanın rəhbəri, 4 iyun 1882-ci ildə vəzifəyə təyin olunan Benyamin fon Kallai "Boşnyatstvo" () adlanan siyasəti yürüdürdü, hansı ki, Bosniya xalqının böyük və güclü bir millətə mənsub olmaq hisslərini aşılamaq məqsədini daşıyırdı. Bosniya və Herseqovinanın əhalisi "bosniya dilində danışan, üç dinə etiqad edən və bərabər hüquqlara sahib olan bir cəmiyyət olaraq" qəbul edilirdi. 1861—1869-cu illər arasında Osmanlı sədrəzəmi Topal Osman Paşa da eyni məqsədləri güdürdü.