Avrasiya Türk Araşdırmaları İnstitutu (, , ) — Koreyanın Seul şəhərində yerləşən Dongduk Qadınlar Universitetinin () nəzdində fəaliyyət göstərən institut, elmi araşdırma mərkəzi.
Tarixi Avrasiya Türk Araşdırmaları İnstitutunun əsası 2016-cı ildə qoyulmuşdur.
Faəliyyət istiqaməti İnstitut Türk dilli ölkələrlə Koreya arasındakı əlaqələrin möhkəmlənməsi, dostluq bağlarının daha da güclənməsi istiqamətində fəaliyyət göstərir. Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru türkoloq, alim, professor Eunkyung Ohdur. İnstitutda 8 əməkdaş fəaliyyət göstərir. Burada Koreya alimləri ilə yanaşı, azərbaycanlı və özbək araşdırmaçılar da çalışır. Azərbaycanlı araşdırmaçı İnha Universitetinin doktorantı Məsimli Leyladır. 2018-ci ildən institutda Eunkyung Ohun redaktorluğu ilə "Avrasiya türk araşdırmaları" () adlı ingilis dilində ildə iki dəfə çıxan elmi dərgi nəşr olunur.
Azərbaycanla əlaqələri Avrasiya Türk Araşdırmaları İnstitutu Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə təhsil və akademik sahələrdə əməkdaşlığı gücləndirmək üçün sazişlər imzalamışdır.
Siyasi əlaqələri gücləndirmək üçün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə əməkdaşlığa dair anlaşma memorandumu (MOU) imzalanıb.BMTM ilə Koreya institutu arasında memorandum imzalanıb
İnstitutun dəstəyi ilə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin seçilmiş poetik əsərlərindən ibarət "Gülüstan" poeması" (2019) adlı kitabı Seulda nəşr olunmuşdur. Avrasiya Türk Araşdırmaları İnstitutunun əməkdaşları hazırda Türk Dünyası Ensiklopediyası üzərində işləyir.
İstinadlar
Xarici keçidlər Koreyalı türkoloq alim "Xalq qəzeti" redaksiyasında
Kateqoriya:Seul