Azərbaycanda koronavirus pandemiyası — 2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVID-19 koronavirus pandemiyasının Azərbaycana yayıldığı təsdiqləndi.
Hadisələrin ardıcıllığı
Fevral Fevralın 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Bu qərargahın tərkibinə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumlarının rəhbərləri daxil idi.
Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halını təsdiqlədi. Rusiya vətəndaşı olan xəstə İrandan gələrkən müəyyən edildi. Daha sonra ölkədə iki hadisə təsdiqləndi və hamısı təcrid edildi. Onlar İrandan qayıdan Azərbaycan vətəndaşları idilər. Həmin gün Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı.
Mart Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxalların ölkəyə daxil olmasına qadağa qoydu.
2 mart tarixində COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədilə 3–9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirildi. Daha sonra tarix martın 27-nə qədər uzadıldı.
Martın 5-də İran İslam Respublikasından Azərbaycana gələn daha üç nəfərdən COVID-19 aşkarlandı. Onlardan biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digərləri isə İranın Qum şəhərində oxuyan Azərbaycan vətəndaşları (1994 və 1999) olur. Həmin insanlar təyin olunmadan sonra xəstəxanaya yatırılırlar. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, İrandan gələn 276 nəfər 14–29 gün ərzində məcburi qaydada karantində alınırlar.
Martın 7-də İran İslam Respublikasından qayıdan üç Azərbaycan vətəndaşına COVID-19 coronavirus diaqnozu qoyuldu. Onlardan biri 1938-ci il təvəllüdlü, İrandan qayıtdıqdan bir müddət sonra sağlamlığı ilə əlaqədar xəstəxanaya müraciət etdi. Müayinə zamanı ona sətəlcəm diaqnozu qoyuldu və laborator analiz koronavirus ilə yoluxma faktını təsdiqlədi. Digər iki nəfər 1993 və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində oxuyan tələbələr, İran-Azərbaycan sərhədini keçərkən karantinə alındılar və onlara koronavirus infeksiyası diaqnozu verildi.
Martın 9-da İrandan ölkəyə gələn iki Azərbaycan vətəndaşı (1966 və 1978-ci il təvəllüdlü) COVID-19 coronavirusuna yoluxması təstiqlənir.
Martın 10-da iki Azərbaycan vətəndaşı (1960 və 1984-cü il təvəllüdlü) İrandan qayıtdıqdan sonra yoxlanır və onda koronavirus aşkarlanır.
Daha əvvəl (1973, 1997 və 1998-ci il təvəllüdlü) koronavirus üçün müsbət test etmiş üç azərbaycanlı xüsusi xəstəxanalarda müalicə aldıqdan sonra sağaldı və xəstəxanadan evə buraxıldı.
Martın 11-də daha iki hadisə təsdiqləndi. Onlardan biri 1969-cu il təvəllüdlü xroniki böyrək xəstəliyi üçün xəstəxanaya müraciət etdikdən sonra COVID-19 üçün müsbət test etdi. O, bir müddət əvvəl İrandan qayıtmışdı. Digəri 1997-ci il təvəllüdlü İtaliyadan qayıdan bir tələbə idi. Onların hər ikisi xüsusi xəstəxanada təcridxanaya salındılar.
Martın 12-də bir gün əvvəl COVID-19 diaqnozu qoyulmuş qadın öldü. Bu Azərbaycanda koronavirusdan ilk ölüm halı idi.
Martın 13-də daha dörd hadisə təsdiqləndi. Onlar İran və İtaliyadan qayıdanlar idi. Azərbaycanın baş naziri Əli Əsədovun gürcü həmkarı Giorgi Qaharia ilə telefon danışığından sonra Azərbaycan Gürcüstanla sərhədləri 10 gün müddətinə bağladı.
Martın 14-də əvvəllər koronavirusdan müalicə alan üç azərbaycanlı xüsusi xəstəxanalarda müalicə aldıqdan sonra evə buraxılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini müvəqqəti olaraq bağladı.
Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət
obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxildir.
15 martda daha dörd hadisə təsdiq edildi. Gün sonuna daha iki yoluxma halı təstiqləndi.
Martın 21-də daha 9 yeni koronavirus infeksiyası faktı qeydə alındı.
Martın 22-dən etibarən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, İnternet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edilmişdir.
Martın 22-də 12 yeni COVID-19 yoluxma hadisəsi aşkar edilir. Elə həmin gün Moskvadakı Şeremetyevo Beynəlxalq Hava limanından 34 Azərbaycan vətəndaşı təxliyə edildi.
Martın 23-dən etibarən ölkədə bütün mollar və böyük ticarət mərkəzləri bağlanıb. Martın 23-də 7 yeni koronavirus infeksiyası qeydə alınıb.
Martın 24-də 12 yeni hal qeydə alınır.
25 martda 6 yeni xəstə qeydə alınmışdır. Üstəlik ikinci ölüm faktı qeydə alınır. Xəstə şəkərli diabetdən və ürəyin işemik xəstəliyindən əziyyət çəkirdi. Xəstəxanaya yerləşdirildiyi gündə vəfat etmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı rejim əsasında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadıldı.
Martın 26-da 29 koronavirus infeksiyası qeydə alınıb və 1 nəfər dünyasını dəyişib. 5 nəfər isə xəstəxanadan evə buraxılıb.
Martın 27-də 43 yeni COVID-19 yoluxma faktı qeydə alınıb.
29 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 27 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycanda həmin günə olan ümumi yoluxanların sayı 209 olmuşdur. Koronavirusdan 4-cü ölüm faktı qeydə alınıb.
30 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 64 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 11 xəstə isə tam sağaldıqdan sonra evə buraxılıb.
31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 24 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Koronavirusa yoluxmuşlar arasında 5-ci ölüm faktı qeydə alınıb. Martın 31-də Azərbaycanda ümummilli karantin elan etildi. İnsanlara şəxsi evlərdə və mənzillərdə, daimi və ya müvəqqəti yaşayış yerlərində 20 aprelə qədər qalmaq tələb olunur.
Aprel Aprelin 2-də bildirildi ki, həyati xidmətlər (təcili tibbi yardım, ərzaq və digər mallar və ya dərmanlar) almaq üçün yaşayış yerini tərk etməyə icazə almalıdırlar. Bunun üçün SMS icazəsi almalıdırlar. Yaşayış yerini həyat və sağlamlığa birbaşa təhlükə yaradan bir vəziyyətdə tərk etmək üçün SMS göndərmək tələb olunmur.
Aprelin 3-ə olan məlumata görə 43 yeni virusa yoluxma faktı aşkarlanmışdır. 6 nəfər isə bu xəstəlikdən sağalmışdır.
5 aprel tarixində koronavirusdan yeni 2 ölüm faktı qeydə alınır. Üstəlik 63 yeni yoluxma faktı qeydə alınır.
7 aprel tarixində növbəti 1 xəstə dünyasını dəyişir. Üstəlik 76 yeni yoluxma qeydə alınır.
Aprel ayının 9-u 104 yeni xəstə qeydə alınmaqla yanaşı 1 nəfərdə həyatını itirir. 38 nəfər isə sağaldıqdan sonra evə buraxılır.
10 aprel tarixində 65 yeni yoluxma qeydə alınmış və 1 nəfər də vəfat etmişdir. 58 nəfər sağaldıqdan sonra evə buraxılmışdır.
Aprel ayının 11-də 11 xəstə dünyasını dəyişir. 67 yeni xəstə qeydə alınmışdır. 49 nəfər sağaldıqdan sonra evə buraxılmışdır.
24 aprel tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayaraq 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib: kitab, qəzet, dəftərxana malları satışı, çap və sürətçıxarma fəaliyyəti, fotostudiyalar, fərdi mənzillərdə təmizlik və dərzi xidmətləri, kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının, kompüter avadanlıqlarının satışı və təmiri, mebel, elektronika və məişət texnikasının, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı, fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla).
May 4 may tarixində yeni yumşaldılmalar təyin olundu:
Xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.
Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.
Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.
Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:
• dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdır);
• "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:
• yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;
• "DOST" mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;
• dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;
• restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);
• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;
• qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);
• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;
• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;
• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur;
Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə: