thumb|right|"Şamdan bəy yaxud dilin bəlası" "Şamdan bəy (dram)" — Nəriman Nərimanov tərəfindən 1895-ci ildə komediya janrında yazılmış dram əsəri. Yazıçının ikinci dram əsəri olan bu "Şamdan bəy"in ikinci adı "Dilin bəlası" da adlanır. Müəllif bu komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib.
Məzmunu O, "Dilin bəlası, yaxud Şamdan bəy" (1895) komediyasında burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarşı çıxır, Şamdan bəy obrazında dövrün lovğa, ikiüzlü dost görünüşlü düşmənlərini ifşa edirdi. Dramaturq bu əsərində ilk dəfə olaraq kapitalizm aləminin bəlalarından xilas olmaq üçün mütərəqqi qüvvələrin ittifaqı ideyasını irəli sürürdü.
Nəriman Nərimanov "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasında kapitalizm münasibətlərinin formalaşdığı dövrdə hakim burjuaziya cəmiyyətinin əxlaq pozlunluğununu, riyakarlığını Şamdan bəy simasında açıb göstərir. Dörd məclisdən ibarət olan bu komediya sadə dramatik konflikt əsasında qurulmuşdur. Bu münaqişə insanlıqlarını itirmiş "Zəmanə fırıldaqçısı" Şamdan bəyə qarşı əsərin qəhrəmanı Yusifin dostları ilə birlikdə apardığı mübarizə əsasında yaranıb.
Dramaturq Şamdan bəyin son monoloqunda bir tərəfdən onun mənəvi sarsıntı keçirdiyini, buna baxmayaraq qaranlıq fikirlərdən əl çəkmədiyini göstərirsə, o biri tərəfdən onun intiharının əsl səbəbini nəzərə çatdırır. Şamdan bəy deyir:
Obrazlar Yusif — mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında Qulu — Yusifin nökəri Xədicə — Yusifin nişanlısı, 19 yaşında Hacı İbrahim — Xədicənin atası, 40 yaşında Nigar — onun övrəti, 50 yaşında Nazlı — onun qulluqçusu, 20 yaşında Niyaz bəy — Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında Şamdan bəy — Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun Sultan, Murad, Rəsul-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa libasında və kimi çərkəzi libasında Rza bəy, Heydər bəy, Nəcəf bəy — Şəhərin mütəşəxxis bəylərindən, 40 yaşında, çərkəzi libasında Cəfər — Hacı İbrahimin nökəri Pərzad qarı — qoca övrət, 50 yaşında
İstinadlar
Xarici keçidlər Nəriman Nərimanov (14.4.1870–19.3.1925) Nəriman Nərimanov kimdir?
Kateqoriya:Nəriman Nərimanovun əsərləri Kateqoriya:Dram