Qorqud Türkiyənin ASELSAN şirkəti tərəfindən TSK-nın hava hücumundan müdafiə imkanlarını artıran, təhdidlərdəki inkişaflara qarşı effektiv şəkildə müdafiə etmək üçün hissəcikli döyüş sursatlarından da istifadə edə biləcək yeni bir lüləli hava hücumundan müdafiə sistemidir. Qorqud üç Silah Sistemi Maşını (tr: Silah Sistemi Aracı – SSA) və bir Komanda İdarəetmə Maşını (tr: Komuta Kontrol Aracı – KKA) ibarət hissələr şəklində fəaliyyət göstərəcəkdir. Prototip istehsalı başa çatmış Qorqud sistemlərindən birincisi, 2016-cı ilin oktyabrında TSK-ya təhvil verilmişdir .
Ümumi xüsusiyyətləri
Zirehli mexanikləşdirilmiş qoşunlarla müştərək şəkildə döyüş aparmaq qabiliyyəti Hərəkətdə edərək atəş açmaq Ali komanda nəzarət məntəqəsi ilə koordinasiyalı istifadə Avtomatik hədəf izləmə Elektro optik sensorlar ilə hədəflərin müəyyənləşdirilməsi və izlənilməsi İnkişaf etmiş atəşə nəzarət alqoritmləri ilə effektiv hava müdafiəsi 35 mm-lik KDC-02 tipli cüt lüləli silah sistemi ilə yüksək atəş gücü (1100 atış/dəqiqədə) Hədəf müəyyənləşdirildikdən sonra hədəf üçün uyğun döyüş sursatının seçilməsi qabiliyyəti
İstinadlar
Kateqoriya:ASELSAN