Yosip Stadler ( və ya Yozef Ştadler, ; ) — katolik prelat, 29 sentyabr 1881-dən 8 dekabr 1918-ci ilədək Vrhbosna arxiyepiskopu, "Körpə İsanın xidmətçiləri" qadın monastik icmasının qurucusu.

Həyatı Zaqreb seminariyasını bitirdikdən sonra Yosip Stadler Pontifik Qreqorian Universitetində oxudu və orada ilahiyyat doktoru dərəcəsini aldı. 17 may 1868-ci ildə Romada diakon, 24 may 1868-ci ildə isə rahib təyin edildi. Vətəninə qayıdan Yosip Stadler Zaqrebdə yerli seminariyada işləməyə başladı. Sonra Zaqreb Universitetinin ilahiyyat fakültəsində professor vəzifəsində çalışmışdır.

29 sentyabr 1881-ci ildə Papa XIII Lev Yosip Stadleri Vrhbosnanın yepiskopu təyin etdi.

1882–1884-cü illərdə Banya Luka Roma-Katolik yeparxiyasının apostol idarəçisi idi. 1884-cü ildə Sarayevoda İsanın Müqəddəs Qəlbi Katedralıni qurmağa başladı. Ehtiyac sahibləri üçün çox sayda xeyriyyə evləri açdı, müqəddəslər Kiril və Mefodi adına seminariya qurdu

8 dekabr 1918-ci ildə Sarayevoda vəfat etdi və İsanın Müqəddəs Qəlbi Katedralinın kriptasında dəfn edildi.

Ədəbiyyat M. Bendedik: Stadler Josip (Joseph). In: Österreichisches Biographisches Lexikon 1815–1950 (ÖBL). Band 13. Verlag der Österreichischen Akademie der Wissenschaften, Wien 2007–2010, ISBN 978-3-7001-6963-5, стр. 74, 75.

İstinadlar

Xarici keçidlər Katolik iyerarxiyasının saytında məlumat

Kateqoriya:Slavonski-Brodda doğulanlar Kateqoriya:Sarayevoda vəfat edənlər Kateqoriya:Xristianlıq Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Bosniya və Herseqovina xorvatları