Məşhur Məmmədov () — Azərbaycan Respublikası Milli Məclisinin VI, VII çağırış deputatı

Həyatı Məmmədov Məşhur Şahbaz oğlu 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir.

Fəaliyyəti 1981–1983: Kalinovka (Viləş) kənd orta məktəbində laborant; 1991–1995: Masallı rayon Xarrad kooperativi; 1996–2011: Embawood şirkətinin təsisçisi və baş direktoru; 2011–2013: Embawood Gürcüstan şirkətinin baş direktoru; 2013–2015: Embawood şirkətinin təsisçisi və direktor müavini; 2015-hal-hazıradək: "Progress Construction" şirkətinin təsisçi və baş direktoru kimi fəaliyyət göstərmişdir.

İctimai-siyasi fəaliyyəti 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvü; Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri; Rusiya Azərbaycan İşgüzar şurasının üzvü; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü; Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvüdür. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. 3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.

Təltifləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi" yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni təltif edilib

Ailəsi Ailəlidir, 4 övladı və 5 nəvəsi var.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları