11 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.
Həmin hissənin üçüncü abzası ilə "Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun I hissəsinin onuncu abzasına əsasən "11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.
Əhalisi Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır.
İqtisadiyyatı 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sərəncama əlavə edilmiş siyahıda 11 №-li Qayıdış qəsəbəsi üçün 1 subartezian quyusunun qazılması və həmin quyudan 881 nəfərin faydalanmasının nəzərdə tutulduğu göstərilmişdir.
Təhsil Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir.
Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır.
İstinadlar
Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul. — S. 1. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Həmçinin bax
Kateqoriya:Füzuli rayonunun qəsəbələri