SSRİ Xalq Müdafiə Komissarlığı () — Sovet İttifaqının 1934–1946-cı illər arasında ən yüksək hərbi idarəsi.

Tarixi 1920–1930-cu illərdə RSFSR/SSRİ-nın ən yüksək hərbi orqanı Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı () (qısaca Narkomvoenmor) adlanırdı.

20 iyun 1934-cü ildə Narkomvoenmor SSRİ Müdafiə Xalq Komissarlığına (qısaca NKO) çevrildi. 30 dekabr 1937-ci ildə komisarlığdan SSRİ Hərbi Dəniz Qüvvələri Xalq Komissarlığını (NKVMF) ayırd etdilər.

1 fevral 1944-cü ildə SSRİ-də birlik respublikalarının hərbi birləşmələrinin yaradılması haqqında qanununun qəbul edilməsi ilə əlaqədar olaraq NKO Ümumittifaq Xalq Komissarlığından ittifaq-respublika komissarlığına çevrildi.

25 fevral 1946-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə NKO NKVMF ilə birlikdə SSRİ Silahlı Qüvvələri vahid ittifaq-respublika Xalq Komissarlığına çevrildilər. Bu ad altında mərkəzi orqan bir aydan az müddətə sənədlərdə qeyd olundu, çünki SSRİ Xalq Komissarları və ittifaq respublikalarının şuraları Nazirlər Şuralarına çevrilməsi haqqında 15 mart 1946-cı il tarixli SSRİ Qanununa uyğun olaraq, onun adını SSRİ Silahlı Qüvvələri Nazirliyi olaraq dəyişdilər. 25 fevral 1947-ci ildə yuxarıda göstərilən qərarlara uyğun olaraq, SSRİ Konstitusiyasına dəyişikliklər edildi.

SSRİ Xalq Müdafiə Komissarlığının Qırmızı Ordunun rəhbərlik və sıravi heyətlərin tərbiyələndirilməsi, qabaqcıl hərbi düşüncənin inkişafı və döyüş hazırlığı tapşırıqlarının təşviqi üçün mərkəzi orqanı "Krasnaya Zvezda" qəzeti idi.

Xalq komissarları Kliment Voroşilov (20 iyun, 1934 – 7 may, 1940) Semyon Timoşenko (7 may, 1940 – 19 iyul, 1941) İosif Stalin (19 iyul, 1941 – 25 fevral, 1946)

Ədəbiyyat

Kateqoriya:SSRİ Silahlı Qüvvələri Kateqoriya:SSRİ Müdafiə Nazirliyi Kateqoriya:SSRİ tarixi Kateqoriya:Komandanlıq və nəzarət