Monteneqro Sosialist Respublikası (; 1963-cü ilə qədər Monteneqro Xalq respublikası, 1991-ci ildən Monteneqro Respublikası) — Yuqoslaviya Sosialist Federativ Respublikasını təşkil edən sosialist respublikalarından biri. İndiki Monteneqro. Təşkil olunmasına Yuqoslaviya Krallığının Zeta banovinasının inzibati hissəsinin bir parçası olmuşdur. Tarixi 7 iyul 1963-cü ildə Monteneqro Xalq Respublikası "Monteneqro Sosialist Respublikası" adını aldı (Federal Konstitusiya və yeni təstiqlənən Monteneqro Konstitusiyasına edilən dəyişiklikdən sonra 1963). Rəsmi dil olaraq Serbo-Xorvat dili təstiqləndi. 1991-ci ildə Monteneqro Kommunistlər Birliyi ilk çoxpartiyalı seçkilərdən sonra sonra adını Monteneqronun Sosialistlər Demokratik Partiyası olaraq dəyişdirdikdə "Sosialist" sifəti respublika adından silindi (1992-ci il Konstitusiyasında təsdiq edildi)Montenegro: Country Profile , balkaninsight.com. Siyasi quruluş Qanunverici orqan olan məclis - Birləşmiş Əmək Şurası, İctimai-Siyasi Şura və İcmalar Şurasından ibarət idi. İqtisadiyyat 1947-1990-cı illərdə respublika mütəmadi olaraq inkişaf etməmiş bir ərazi hesab edildi və federal hökumətdən (iqtisadi cəhətdən inkişaf etməmiş respublikalara və bölgələrə kredit vermək üçün xüsusi Federasiya Fondundan) subsidiyalar və güzəştli kreditlər aldı. Məsələn: 1976-1980-ci illərdə Monteneqro bu Fonddan 831.5 min dinar pul almışdır.
Əhali 1971: Monteneqrolular: 355,632 (67.15%) Müsəlmanlar: 70,236 (13.26%) Serblər: 39,512 (7.46%) Albanlar: 35,671 (6.74%) Yugoslavlar: 10,943 (2.07%) Xorvatlar: 9,192 (1.74%) ümumi: 529,604
1981: Monteneqrolular: 400,488 (68.54%) Müsəlmanlar: 78,080 (13.36%) Albanlar: 37,735 (6.46%) Yuqoslavlar: 31,243 (5.35%) Serblər: 19,407 (3.32%) Xorvatlar: 6,904 (1.18%) Qaraçılar: 1,471 (0.25%) Makedonlar: 875 (0.15%) Slovenlər: 564 (0.1%) Macarlar: 238 (0.04%) Almanlar: 107 (0.02%) Ruslar: 96 (0.02%) İtalyanlar: 45 (0.01%) digərləri: 816 (0.14%) bildirməyənlər: 301 (0.05%) Regional mənsubiyyət: 1,602 (0.27%) naməlum: 4,338 (0.74%) Total: 584,310 inhabitants
1991 Monteneqrolular: 380,467 (61.86%) Müsəlmanlar: 89,614 (14.57%) Serblər: 57,453 (9.34%) Albanlar: 40,415 (6.57%) Yuqoslavlar: 26,159 (4.25%) Xorvatlar: 6,244 (1.02%) Qaraçılar: 3,282 (0.53%) Makedonlar: 1,072 (0.17%) Slovenlər: 369 (0.06%) Macarlar: 205 (0.03%) Almanlar: 124 (0.02%) Ruslar: 118 (0.02%) İtalyanlar: 58 (0.01%) digərləri: 437 (0.07%) bildirməyənlər: 1,944 (0.32%) Regional mənsubiyyət: 998 (0.16%) naməlum: 6,076 (0.99%) Ümumi: 615,035
İstinadlar
Mənbə Monteneqro Montenegro: Country Profile / BalkanInsight
Kateqoriya:Tarixi slavyan dövlətləri Kateqoriya:Monteneqro Kateqoriya:Tarixi respublikalar Kateqoriya:1946-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1943-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Yuqoslaviya tarixi