Nikola Simiç (; ) — Serbiya və Yugoslaviya teatr, kino və televiziya aktyoru.

Həyatı Hələ gimnaziyada təhsil alarkən dram bölməsində oynayırdı. Aktyor diplomunu Belqradda yerləşən Teatr, Kino, Radio və Televiziya Akademiyasında aldı. Aktyor kimi ilk dəfə tələbə olarkən, 1957-ci ildə Yuqoslaviya Dram Teatrında oynadı. 1959-cu ildən 2014-cü ilin yanvar ayına qədər davamlı olaraq buranın səhnəsində oynayırdı. Ona ən çox "Birə qulaqda" pyesindəki baş rolu məşhurluq gətirdi. İlk dəfə bu rolda 7 iyun 1971-ci ildə çıxış etdi və 40 il ərzində 2000 dəfədən çox oynadı.

Nikola Simic bir çox film və televiziya seriallarında da rol almışdır, onlar içərisində ən çox məşhurluq qazandıran "Sıx dəri" () (1982-1991) serialındaki Mita Pantiç rolu oldu. Həmçinin, "Srećni ljudi" (1993, 1995), "Porodično blago" (1998, 2001), "Agencija za SIS" (2006, 2007), "Ljubav, navika, panika" (2006, 2007) seriallarında da çəkilmişdir.

Nikola Simiç bir sıra xarici cizgi filmlərini səsləndirmişdir ("Transformerlər" və "Nindza tısbağalar" xüsusi ilə yadda qalan idi).

2007-ci ildə vəfat edən qardaşı Slava Simiç də aktyor idi.

Seçilmiş filmoqrafiya

1982 — Sıx dəri — Dimitriye Mita Pantiç 1984 — Boğan boğucuya qarşı — polis müfəttişi Straxiniç 1984 — Probelm yoxdur — Milenko Pantiç 1991 — Hər şeyin günahkarları kosmonavtlardır — kosmonavt 1998 — Ulduzlara hürmək — məktəb direktoru 2001 — Bumeranq — Aprtsoviç 2003 — Supermarketdə cəfəng iş — Kobaç

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Serbiya aktyorları Kateqoriya:Yuqoslaviya aktyorları