Dilək İmamoğlu () — Əkrəm İmamoğlunun həyat yoldaşı.
Həyatı Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur."Kadınlar mutlu olursa toplum da mutlu olur" . sozcu.com.tr. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir."Dilek İmamoğlu kimdir? Ekrem İmamoğlu'nun eşi nereli ve kaç yaşında?" . karar.com
18 noyabr 1995-ci ildə Əkrəm İmamoğlu ilə evlənən Dilək İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var.
Dilək İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir."4. ŞÜKRÜ SÜRMEN ÖDÜLÜ DİLEK İMAMOĞLU'NA VERİLDİ" . Milliyet.
2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yer almışdır."'İstanbul'un first lady'si denildi" . www.haberturk.com
2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Səlahaddin Dəmirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir. Bu görüş Ədalət və İnkişaf Partiyası sədri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı tərəfindən tənqid olunmuşdur.
İstinadlar
Kateqoriya:Əkrəm İmamoğlu Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Türkiyə qadın akademikləri