thumb|350x350px|Mühərrik daxilindəki hava axınının Max ədədləri göstərilməklə sadə düzaxınlı reaktiv mühərrikin (ramjet) iş prinsipi Ramjet və ya soba borulu reaktiv mühərrik və ya düzaxınlı reaktiv mühərrik — hərəkətli hissələri olmayan reaktiv mühərrik növüdür. Yüksək sürətlərdə istifadə olunan sadə bir mühərrik növüdür. Bu üstünlüyü sayəsində raket sistemlərində istifadə edilmişdir.
Ramjet, irəli itələməli, sıxılmış hava qəbuledicili fırlanan kompressoru olmayan reaktiv mühərrik növüdür. Aşağı sürətdə itələmə qüvvəsi (impulslar) yaratmadığı üçün yerdə olan bir təyyarəni işə sala bilmir. Yüksək sürətli uçuşlar üçün məqsədəmüvafiqdir. Kompressor və ya turbin kimi hərəkətli hissələrə malik olmayan bir mühərrik növüdür. Ramjetlər işləmək üçün əvvəlcədən sürətə ehtiyac duyur və onlar səsdən yüksək sürətlərdə işə başlaya bilərlər (M>1). Bu tip mühərriklər 5 Mach sürətinə qədər işləyirlər. Daha yuxarı sürətlərə çıxmaq üçün Scramjet mühərrikləri tələb olunur. Yüksək sürət tələb edən sahələrdə istifadə olunur, silah istehsalçıları xarici qabıqlı ağır silahlara bir ramjet əlavə edərək silahın mənzilini artırdılar.
Tarix Rene Lorin Ramjet, 1913-cü ildə Fransada Rene Lorin tərəfindən icad edilmiş və patentləşdirilmiş bir cihazdır. Prototip inşası zamanı, uyğun olmayan materiallardan istifadə edildiyi üçün bu prototip gözlənilən nəticələri verə bilməmişdir.
Albert Fono 1915-ci ildə macar ixtiraçısı Albert Fono topların mənzilini artırmaq üçün bir yol tapdı. Başlatma mexanizminə bir ramjet qurğusu əlavə edərək, aşağı mənzilli top ağızına yüksək mənzil xüsusiyyəti, yüksək çəkili topu aşağı çəkili atıcıdan atmağa imkan vermişdir. Fono icadını Avstriya-Macarıstan ordusuna təqdim etmiş, ancaq onun icadı rədd edilmişdir.
Almaniya 1936-cı ildə Hellmuth Walter qazla işləyən test mühərriki hazırladı. BMW və Junkers nəzəri işi davam etdirdilər. 1941-ci ildə Eugen Sänger çox yüksək temperaturda yanma kamerası olan ramjet mühərriki qurdu. Daha sonra Almaniyadakı müharibə dövründə, yanacaq çatışmazlığı başladı, sınaqlar sıxılmış kömür, toz blokları ilə davam etdirildi, nəticədə yanma azlığı nəticəsində testlər uğursuz oldu.
Fransa thumb|sol|Leduc 022 thumb|sağ|Nord Aviation 1500 Griffon II Rene Ledukun işləri olduqca diqqətəlayiqdir. Leducun modeli Leduc 0.10, ilk uğurlu ramjet mühərriki ilə işləyən təyyarədə quraşdırıldı.
Nord 1500 Qriffon 1958-ci ildə 2.19 Maxa çatdı
Üstünlükləri və çatışmazlıqları Üstünlükləri Aşağı çəki Kilo nisbətinə görə yüksək itələmə qüvvəsi Hərəkət edən hissələri yoxdur Mach 5.0-ə çata bilir. Çatışmazlıqları
Səsdən yuxarı sürətlərdə işləyə bilir. Yanma üçün havanın subsonik sürətə düşməsi vacibdir.
Ramjet motorlu hava nəqliyyatı vasitələri
Hiller YH-32 Hornet (ramjet motorlu helikopter) Lockheed D-21/M-21 (Lockheed D-21) Lockheed X-7 Nord 1500 Griffon Republic XF-103
Ramjetdən istifadə edən döyüş raketləri Bomarc BrahMos MBDA Meteor Bristol Bloodhound Bendix RIM-8 Talos North American SM-64 Navaho P-270 Moskit Akash missile Sea Dart missile 2K11 Kruq
Biblioqrafiya Hallion, Richard P. "The Soviet Stovepipes". Air Enthusiast, No. 9, February–May 1979, pp. 55–60. .
Xarici keçidlər
NASA ramjet information and model "Riding The Ramjet" January 1949, Popular Mechanics article that covers the USAF first experiment with ramjets on a P-80 fighter The Boeing Logbook: 2002–2004 Design notes on a ramjet-powered helicopter Extensive overview on ramjets and scramjets by French ONERA
Kateqoriya:Reaktiv mühərriklər Kateqoriya:Fransa ixtiraları Kateqoriya:Macarıstan ixtiraları