Azərbaycan Elektron İdman Növləri Federasiyası və ya qısaca AEİNF — Azərbaycanda kiberidman, videooyun və digər elektron idman növləri üzrə yarışları təşkil və nəzarət edən federasiya. 25 iyun 2011-ci ildə yaradılmışdır. Federasiya, yalnız kompüter oyunlarının asudə vaxt keçirməyin bir yolu kimi deyil, insanların müəyyən fiziki və intellektual qabiliyyətlərini aşkar etmək üçün yaradılmışdır. Qurucusu və ilk prezidenti Ramil Əliyev olub. 24 fevral 2025-ci ildə Oqtay Qasımzadə yeni prezident olaraq təyin olunub.OQTAY QASIMZADƏ FEDERASİYA PREZİDENTİ SEÇİLİB.
2006-cı ildə Azərbaycan ilk dəfə olaraq WCG-yə üzv olmuşdur. Bu il Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Kompüter Oyunları Assosiasiyasının dəstəyi ilə Azərbaycanın ilk Milli Kompüter Oyunları Çempionatı, habelə WCG yarışlarına təsnifat oyunları keçirildi. Təsnifat ilk 3 oyunda seçilmişdir: Counter-Strike 1.6, Need for Speed: Most Wanted və FIFA Soccer 2006. Qaliblər, 2006-cı ilin payızında İtaliyanın Montsa şəhərində WCG-nin böyük finalında iştirak etmişdir.
Bundan sonra federasiya üzvləri arasında bir sıra qeyri-rəsmi görüşlər və müxtəlif əlamətdar tarixlərə həsr olunmuş bir sıra şou oyunları keçirilmişdir. Bu tədbirlərin məqsədi ictimaiyyətin diqqətini cəlb etmək idi.
Bu günə qədər ikinci Milli Kompüter Oyunları Çempionatı keçirildi. Federasiyanın üzv kiberidmançıları ABŞ-nin Sietl şəhərində keçirilən WCG Grand Final 2007-də iştirak etmişdir. Federasiya, yarışmada təqdirəlayiq yer tutmasa da, keçən illə müqayisədə 13 pillə önə keçmişdir. 2007-ci ilin sonunda, dekabr ayında Milli Kompüter Oyunları Assosiasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ilk rəsmi onlayn çempionat — Baku Open 2007 təşkil edilmişdir.
İstinadlar
Elektron İdman Növləri