Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu Allahquliyev () — şair.

Həyatı Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu 1827-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Katib təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman Mümtaz Katibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi.

Mirzə Məhəmməd Katib 1889-cu ildə vəfat edib.

Yaradıcılığı

Mənbə Ənvər Çingizoğlu, Allahqulu ağanın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 6, səh.9–14.

Həmçinin bax

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:1827-ci ildə doğulanlar Kateqoriya:1889-cu ildə vəfat edənlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan dilində yazan şairlər