Vera Dimitrova Zlatareva (; ) — Bolqarıstan ictimai fəalı, feminist, sufrajist, yazıçı və hüquqşünas. Bolqarıstan Alimlər Birliyinin üzvü

Həyatı

Cavanlığı və təhsili Vera Zlatareva 3 dekabr 1905-ci ildə Bolqarıstanın Qolyamo Belovo kəndində anadan olmuşdur. Plovdivdə məktəbi bitirdikdən sonra Sofiya şəhərinə köçdü və 1929-cu ildə Sofiya Universitetinin hüquq fakültəsini bitirdi və iki il sonra elmlər namizədini aldı.

İşi 1931 — 1932-ci illərdə Vera Dimitrova Bolqarıstan Kənd Təsərrüfatı və Dövlət Əmlak Nazirliyində hüquq məsləhətçisinin köməkçisi, sonra isə Sosial Cinayətlərə Qarşı Mübarizə İdarəsi rəhbərinin köməkçisi kimi çalışmışdır. 1938-ci ildə Beynəlxalq Qadın Alimlər Federasiyasında kriminal sosiologiya üzrə təqaüd müsabiqəsində iştirak etmişdir.

Zlatareva 1944-cü ildə Kommunist çevrilişindən sonra Bolqarıstan Aqrar Milli Birliyinin üzvü kimi Milli Məclisə seçilmişdir.

Şəxsi həyatı Vera Zlatareva vəkil Mixail Genovski (1903 - 1966) ilə evləndi, onların iki övladı oldu. Həyat yoldaşı ilə birlikdə Bolqarıstanın "Zemya və Trud" jurnalının redaktoru idi.

Biblioqrafiya Vera Dimitrova hüquqi və populyar elmi məzmunlu bir çox monoqrafiyanın müəllifidir:

«Наказание и осигурителни мерки» (doktor dissertasiyası / monoqrafiya, Plovdiv, 1931, 88 səh.) «Психология и социология на българската проститутка» (monoqrafiya, Sofiya, 1935, 340 səh.) «Проституцията и борбата против нея» (1936) «Обществени грижи» (monoqrafiya, Sofiya, 1940, 203 səh.) «Изнасилване» (1940) «Имуществени отношения между съпрузите» (1941) «Правната защита на жената» (1945) «Селянката и новото време» (1947) «Правната защита на брака и семейството в Народна република България» (1958).

İstinadlar

Kateqoriya:Bolqarıstan Milli Məclisinin deputatları Kateqoriya:Bolqarıstan feministləri Kateqoriya:Bolqarıstanın qadın hüquqları aktivistləri Kateqoriya:Bolqarıstan Aqrar Milli Birliyinin üzvləri Kateqoriya:Bolqarıstan hüquqşünasları