Nana Aleksandriya (, Nana Giorgis asuli Aleksandria; ) — sovet və Gürcüstan şahmatçısı və qrosmeyster (1976). SSRİ-nin əməkdar idman ustası (1971).Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. (стр. 541)

Həyatı Nana Aleksandriya 1949-cu ildə Poti şəhərində anadan olmuşdur, jurnalistika ixtisasını bitirmişdir.

1963-cü ildə SSRİ çempionatında debüt etmişdir, 1964-cü ildə Gürcüstan SSR çempionu oldu. Üçqat SSRİ çempionu (1966, 1968, 1969) olmuşdur. Dəfələrlə SSRİ yığma komandasında dünya olimpiadalarının (1969–1980) qalibi olmuşdur. 1967–1990-cı illərdə dünya çempionatı yarışlarında iştirak etmişdir. Dünya çempionatının final görüşlərində iki dəfə iştirak etmişdir, ancaq 1975-ci ildə Nona Qaprindaşvili (+3 =1 −8), 1981-ci ildə isə Maya Çiburdanidzeyə (+4 = 8 −4, Çiburdanidze dünya çempionu titulunu qorumuşdur) məğıub olmuşdur. 20-dən çox beynəlxalq turnirin qalibi. Nana Aleksandriyanın məşqçisi Vaxtanq Karseladze idi.

Gürcüstanda keçirilən şahmat turnirlərin qalibləri Nana Aleksandriya Kubokuna layiq görülür.

Həyat yoldaşı Giqa Bokeriya idi. Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Giga Bokeriya onun oğludur.

İstinadlar

Xarici keçidlər Nana Aleksandriyanın profili FİDE-nin saytında Chessgames.com bazasında Nana Aleksandriyanın partiyaları Nana Aleksandriyanın profili 365chess.com saytında Nana Aleksandriyanın profili OlimpBase.org saytında

Kateqoriya:Potidə doğulanlar Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:Gürcüstan şahmatçıları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:III dərəcəli Vaxtanq Qorqasali ordeninin kavalerləri Kateqoriya:Şahmat hakimləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları