Fərqanə Habil qızı Mehdiyeva () — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (–2020), "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri (–2020). Prezident təqaüdçüsü.

Həyatı Fərqanə Mehdiyeva 19 fevral 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində doğulub.Afaq Şıxlı. Göylər şairlərindi!. modern.az — 19 fevral 2014 Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.Məmməd Tahir. Bir ağacın əlli yarpağı. Palitra. - 2014. - 4 iyun. - S.13.

Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Fərqanə Mehdiyeva 2 may 2020-ci ildə Bakıda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişmiş, 3 mayda Bakıxanov qəsəbəsində dəfn olunmuşdur.

Yaradıcılığı Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.

Kitabları “Çəkdiklərim mənə bəsdi!”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...”

Məqalələri Şeirlərinə bənzəyən şair (Məmməd Tahir-60), Ədalət. - 2015. - 20 iyun. - S.12

Təltifləri Azərbaycan Prezdenti Təqaüd Fondunun təqüdçüsü olub. O, həmçinin Rəsul Rza və Mikayıl Müşfiqin adına təsis edilmiş ödüllərə layiq görülüb.Yeni tatar şeiri antologiyası . Bakı, DGTYB / 2016

İstinadlar

Kateqoriya:Bakı Humanitar Kollecinin məzunları Kateqoriya:"Rəsul Rza" mükafatı laureatları Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər