Potok mağarasıSnodgrass, Mary Ellen. 2014. World Clothing and Fashion: An Encyclopedia of History, Culture, and Social Influence. New York: Routledge, p. 207. ( və ya Potočka zijavkaBezlaj, France. 1961. Slovenska vodna imena, vol. 2. Ljubljana: SAZU, p. 337.) — Sloveniyanın şimalındakı mağara. Yüksək hündürlükdəki arxeoloji və paleontoloji bir yer elan edimişdir və

təxminən 35,000 il əvvələ, yuxarı plaeolit dövrünə aiddir. Mağara Podolşeva yaşayış məntəqəsindəki Potok fermasının adını daşıyır.Mišič, Franc. 1938. "O ledinskih in hišnih imenih okoli Solčave." Časopis za zgodovino in narodopisje 33(3/4): 191–201, p. 195. Sloven dilində adı olan zijalka və ya zijavka, uçuruma baxan və boşluqlu bir ağız olan düz dibli mağara mənasını verir.Bezlaj, France et al. 2005. Etimološki slovar slovenskega jezika vol. 4. Ljubljana: SAZU, p. 411. 1928-1955-ci illərdə sloveniyalı arxeoloq Srehko Brodar tərəfindən sistemli qazıntılar aparılmışdır.

Coğrfiyaya Mağara şimali Sloveniyada Karavanks dağlarının şərqində hündürlükdə və Trias dövrünə aid əhəngdaşında yerləşir. uzunluğundadırBroda, Mitja. 1995. "Potočka zijalka." Enciklopedija Slovenije, vol. 9, Ljubljana: Mladinska knjiga, pp. 193–194. və genişliyi enindəki girişdən daxili genişliyinə qədər dəyişir. Giriş cənuba doğru açılır.

Rolu Mağaranın rolu haqqında iki fərziyyə mövcuddur: Əvvəlki izaha görə, mağara ov stansiyası idi. Yeni fərziyyəyə görə görə isə mərasim yeri idi.

Qazıntılar Avstriyadan olan tibb tələbəsi Josef Qross tərəfindən aparılan həvəskar qazıntılardan sonra ərazini Sele Muzey Cəmiyyəti alıb. Sistematik qazıntılar arxeoloq Srehko Brodarın adından həyata keçirilmişdir və 1928-ci ildə başlayaraqBrodar, Srečko, & Mitja Brodar. 1983. Potočka zijalka, visokoalpska postaja aurignacienskih lovcev. Ljubljana: SAZU, p. 12. 1935-ci ilə qədər dəvam etmişdir. Mağarada aşkarlanan səkkiz qatdakı tapıntılar içərisində 40-dan çox heyvan növünün o cümlədən mağara ayısı, canavar, alp marmotu, dovşan, kürən tülkü, dələ, vaşaq, nəcib maral, qarapaçanın sümükləri və xüsusilə də müşk öküzünün dişləri var. Mağaradan həmçinin 123 ox başlığı, mübahisəli bir sümük fleyta və dünyanın ən qədim tikiş iynələrindən biri tapılmışdır.

Eksponantlar Mağaranın yaxınlığındakı bir kənddə, Firar İnt və Loqar Vadisindəki Muzeydə turistlər üçün daimi bir sərgi vardır. Digər tapıntıları Sele Regional Muzeyində görmək olar. Təəssüf ki, 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin bombardman reydləri zamanı kolleksiyanın çox hissəsi məhv edilmişdir.

İstinadlar

Kateqoriya:Əhəng daşı mağaraları Kateqoriya:Sloveniya mağaraları