Kseniya Aleksandrovna Sokolyanskaya (; ) — Rusiya televiziya aparıcısı, jurnalist, "Настоящее время" telekanalının xəbər aparıcısı.

Həyatı 1987-ci ildə Moskvada anadan olmuşdur. 2009-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Sokolyanskaya 2009-2011-ci illərdə "Kinopremyeralar" () və "Ulduz müsahibəsi" () proqramlarının aparıcısı kimi "Russia.ru" internet kanalında çalışıb. 2011-ci ilin sentyabrından 2017-ci ilin noyabrınadək "Москва 24" telekanalında: xəbər efirinin (30 iyun 2014-cü ilədək), həmçinin "Meqapolis" (), "Moskva 24/7" (), "Həyat tərzi" () (2011—2015) və "Sükan oyunları" () (2015—2017) verilişlərinin aparıcısı kimi fəaliyyət göstərib.

2013-cü ilin sentyabrında Sokolyanskaya "Ən yaxşı teleaparıcı" nominasiyasında "Qlamur" jurnalının "İlin qadını-2013" müsabiqəsində iştirak edib. Müsabiqədə Yana Çurikova, Vera Brejneva, Darya Spiridonova və Mariya Kim kimi məşhurlar onun rəqibləri sırasında idilər.

2013-cü ilin oktyabrında Moskva şəhərinin Lomonosov prospekti boyunca Olimpiya məşəlini daşıyıb.

7 noyabr 2013-cü ildə Kseniya Sokolyanskaya "İlin ən yaxşı aparıcısı" nominasiyasında "Qızıl şölə" () mükafatı laureatı adını qazanıb.

2016-cı il sentyabrın 12-dən noyabrın 24-nə kimi Москва 24 telekanalındakı fəaliyyətilə paralel olaraq, "Gümüşü yağış" () radiostansiyasının "Səhər yeməyi daxildir" () səhər şousunun aparıcılarından biri olub.

15 fevral 2018-ci ildən "Настоящее время" telekanalında xəbər proqramının aparıcısıdır.

Şəxsi həyatı Anası — Yekaterina Aleksandrovna Bolotova, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin televiziya və radio verilişləri kafedrasının baş elmi işçisi, sənətşünaslıq elmləri namizədi. Yekaterina Bolotova 32 məqalə və iki kitab müəllifidir.

Ailəlidir. Həyat yoldaşı — Aleksey Alekseyeviç Dokuçayev, Rusiya Televiziya Akademiyasının üzvü, "Голос-ТВ" prodüser mərkəzinin baş direktoru.

İstinadlar

Xarici keçidlər İnstaqram hesabı "Glamour" internet dərgisinin "Ulduzların ensiklopediyası"nda məqalələr Статья «Телеведущая Ксения Соколянская претендует на звание „Женщина года“» "News.Ramler.ru" portalında Статья о К. Соколянской "Moskva 24" telekanalının rəsmi saytında Статья о К. Соколянской "Afişa" internet dərgisində

Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları