İrek Ayratoviç Zaripov (, ; ) — Rusiya xizəkçi və biatlonçusi. Rusiya Əməkdar İdman Ustası, 2010-cu ildə Vankuverdə keçirilən Paralimpiya Qış Oyunlarının dördqat çempionu.

Həyatı İrek Zaripov 27 mart 1983-cü ildə Sterlitamak şəhərində anadan olmuşdur. Valideynlərinin adları Ayrat Qabdulhamatoviç və Vəsilə Mustafinovna Zaripovlar idi, onlar kərpic zavodunda işləyirdilər.Першин, Олег. 

Məktəbdə İrek xizək və basketbola həvəs göstərirdi, futbol oynayır, boks və güləşlə məşğul olurdu.

2000-ci ildə 17 yaşında ağır qəzaya düşdü: motosiklet sürərkən 9 tonluq "MAZ" avtomobilinə çırpıldı; xəstəxanaya çatdırıldıqdan sonra ayağlarını də amputasiya etdilər. Bundan sonra praktiki olaraq iki il hərəkət etmədi, amma sonra fiziki formasını bərpa etməyə başladı. Əlil olmasına baxmayaraq, peşə liseyi və Başqırdıstan İqtisadiyyat və Hüquq Kollecini bitirdi. Məşqlərini "İdel" idman kompleksində başladı, ilk məşqçisi F. N. Qabdullin idi.

İrek özünü atletika və ağır atletika, üzgüçülük, stolüstü tennis kimi müxtəlif idman növlərində sınadı. 2004-cü ildə o, Başqırdıstan Respublikasının Atletika üzrə Milli Komandasının üzvü oldu; Rusiya çempionatında xizək sürmə və biatlon üzrə baş məşqçi İrina Qromova ilə tanış oldu, hansı ki İrekə Başqırdıstanın məşhur məşqçisi Salavat Qumerova müraciət etməyə məsləhət gördü. Qumerov İreki xizək yarışlarında iştirak etməyə hazırlamağa başladı. Əmir Qumerov də onun məşqçisi olmuşdur.

2005-ci ildən etibarən İrek Zaripov Başqırdıstan Respublikası Ali İdman Ustalığı Məktəbinin tərkibində çıxış edir. Elə həmin il Rusiya Paralimpiya komandasının milli komandasına daxil edildi. Növbəti il 2006-cı ildə Turində keçirilən Qış Paralimpiya Oyunlarında iştirak etdi və burada 7,5 km məsafəlik biatlon yarışında 4-cü yeri tutdu. Vankuverdə keçirilən Paralimpiya Qış Oyunlarında 4 qızıl medal qazanaraq karyerasının ən böyük zəfərini yaşadı: 2.4 km (təqib yarışı) və 12.5 km məsafələrdə biatlon üzrə və 15 km və 10 km məsafələrdə xizək sürmək üzrə; 1 km məsafədə xizək sürmə yarışlarında isə gümüş medal qazandı. 2010-cu ilin iyun ayında İrek Zaripov 3-cü Dünya Başqırdlar Qurultayında Sterlitamak şəhərini təmsil etmişdir.

İdman nailiyyətləri

— 2009 Rusiya çempionatı - 1-ci yer (5 km) — 2009 Dünya çempionatı — 2-ci yer — 2010 Qış Paralimpiya Oyunları — 1-ci yer (biatlon, 2, 4 km fərdi şəkildə təqib yarışları) — 2010 Qış Paralimpiya Oyunları — 1-ci yer (xizək yarışları, 15 km) — 2010 Qış Paralimpiya Oyunları — 1-ci yer (biatlon, 12,5 km) — 2010 Qış Paralimpiya Oyunları — 1-ci yer (xizək yarışları, 10 km) — 2010 Qış Paralimpiya Oyunları — 2-ci yer (xizək yarışları, 1 km) — 2014 Qış Paralimpiya Oyunları— 2-ci yer (xizək yarışları, 15 km)

2010-cu ildən o, dayaq və hərəkət sistemimdə zədəsi olan Rusiya Əlillər Bədən Tərbiyəsi və İdman Federasiyasının Birinci Vitse-Prezidenti oldu.

Ailəsi İrek Zaripov ailəlidir; həyat yoldaşının adı Yelena Yevgeniyevna Zaripovadır. 21 mart 2008-ci ildə onların Aynur adında oğlu, 2010-cu ilin payızında isə Diana adında qızı oldu.

Mükafatları

4-cü dərəcəli Vətənə xidmətə görə orden (26 mart 2010-cu il) Vətənə xidmətə görə ordeninin 1-ci dərəcəli medalı (17 mart 2014-cü il)Указ Президента Российской Федерации от 17 марта 2014 года № 144 «О награждении государственными наградами Российской Федерации» Rusiya Əməkdar İdman Ustası Başqırdıstan Respublikasına xidmətə görə ordeni (2010-cu il) Başqırdıstan Respublikasının fəxri fərmanı (24 aprel 2006-cı il) "İlin Rusiyalısı" () (2011-ci il)

İstinadlar

Xarici keçidlər

2010-cu il Vankuver Qış Paralimpiya Oyunlarının veb saytındakı profil Vankuverdə keçiriləcək X Paralimpiya Qış Oyunlarına gedən Rusiya Federasiyasının idman komandası üzvlərinin keyfiyyət xüsusiyyətləri Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin saytında Başqırdıstandan olan Turin Qış Paralimpiya Oyunlarının iştirakçıları

Kateqoriya:Sterlitamakda doğulanlar Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Başqırdıstan idmançıları Kateqoriya:Başqırdlar