Qaqauziya gerbi — mavi fonda üzərində yeni doğan qızılı günəş təsvir edilmiş heraldik qalxandan ibarətdir. Qalxan üzərinə Qaqauziya bayrağının sarıldığı qızılı sünbül dəstəsi ilə əhatələnib. Qalxanın aşağı qismində üzüm yarpaqları və budaqları təsvir edilib. Bu respublikanın əsas məhsulunun göstəricisidir. Üç qızılı beş güşəli ulduz isə qalxanın üst hissəsində bərabərtərəfli üçbucaq formasında təsvir edilib. Gerbin müəllifi rəssam Fedor Dudoqludur. Gerb 1994-cü ildə təsdiq olunub.

Həmçinin bax Qaqauziya Qaqauziya bayrağı Qaqauziya himni

İstinadlar

Kateqoriya:Dövlət gerbləri Kateqoriya:Qaqauziyanın dövlət rəmzləri