Hümmət Ələkbər oğlu Hacıyev () — neftçi-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu.
Həyat və fəaliyyəti Hümmət Hacıyev 10 oktyabr 1935-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini (1952-ci il), Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini (1958-ci il) bitirmişdir. 1970–1981-ci illərdə "Səlyanneft"in baş geoloqu olmuşdur. 1981-ci ildən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Ə. Əmirov adına Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin baş geoloqudur. 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir. Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici neft şirkətlərinin ekspertidir. Beynəlxalq elmi simpoziumlarda məruzələr etmişdir. Hacıyevin təşəbbüsü ilə Naxçıvanda neft yataqlarının proqnozlaşdırılmasına başlanmışdır. "Hümmət Ələkbəroğlu" təxəllüsü ilə bədii yaradıcılıqla da məşğuldur. "Geoloqun poeziyası" kitabı nəşr olunmuşdur.
Həmçinin bax Adışirin Ələkbərov Bağır Bağırov Musa Məmmədov (professor) Natiq Əliyev Həbib İsrafilov
Mənbə
Kateqoriya:Əməkdar geoloqlar