Lui Barri ( 21 iyun 2003, Birminhem, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Aston Villa" klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Şəxsi həyatı Barri Satton Koldfild bölgəsində anadan olmuşdur. Valideynləri isə İrlandiya vətəndaşlarıdır.
Klub karyerası Barselona Barri on il "Vest Bromviç Albion" klubunda çıxış etdikdən sonra 2019-cu ilin iyul ayında "Barselona" ilə üç illik müqavilə imzalamışdır. Daha əvvəl oyunçu "Pari Sen-Jermen" klubunda çıxış etməyə yaxın olmuşdur.
2019-cu ilin sentyabr ayında "Vest Bromviç Albion" klubu lazım olan təzminatı almadıqlarını iddia edərək, "Barselona" haqqında FİFA-ya müraciət edəcəyini açıqlamışdır. "Barselona" klubu isə buna etiraz etmiş, "Vest Bromviç Albion" ilə olan transfer anlaşmasında heç bir səhvin olmadığını bildirmiş və FİFA-nın qərarını gözləyəcələrini açıqlamışdır.
Aston Villa 2020-ci ilin yanvar ayında Barri "Aston Villa" klubu ilə 880,000 avro qarşılığında müqavilə imzalamışdır. Midlands klubu tərəfindən transferi açıqlandıqdan bir müddət sonra 23 yanvar 2020-ci ildə oyunçu U-23 komandasında debüt etmişdir. O, Kardiff klubuna qarşı oyunda bərabərlik qolunu vurmuş və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Milli karyerası Barri İngiltərənin U-15, U-16 və U-17 millilərində çıxış etmişdir. O, həmçinin İrlandiya millisini təmsil etmək hüququna malikdir.
Karyera statistikası Klub
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolAston Villa2019–20Premyer Liqa00000000—00Ümumi karyera000000000000
İstinadlar
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Vest Bromviç Albion FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Solford Siti FK futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Svindon Taun FK futbolçuları Kateqoriya:İpsviç Taun FK futbolçuları Kateqoriya:Şeffild Yunayted FK futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular