Vanda Yuknayte (; ) — Litva yazıçısı (nəsr yazıçısı, dramaturq).

Həyatı Vanda Yuknayte 1949-cu ildə Rokişkis rayonunun Papilyay kəndində anadan olub. Vilnüs Universitetində Litva filologiyası üzrə təhsil almışdır, sonra Klaypeda Konservatoriyasında, 1975-ci ildən isə Pedaqoji Elmlər Universitetində müəllimə idi. Sosial pedaqogika ilə də məşğul olurdu, kimsəsiz və əlil uşaqlar ilə işləyirdi.

Yaradıcılığı Adı "Kürən tülkü" () olan Yuknaytenin ilk kitabı 1983-cü ildə çap edildi. Onun ən əlamətdar əsərlərindən biri ilk dəfə 2002-ci ildə nəşr olunan "Mən təslim oluram. Səs: esselər, söhbətlər" (), əsər 2007-ci ildə ingilis dilinə tərcümə edilmiş və "My Voice Betrays Me" (ingilis dilindən "Səsim mənə xəyanət edir") adı ilə nəşr edilmişdir. Memuarlar Litvanın kommunizmdən demokratiyaya keçməsinin sevinclərini və çətinliklərini göstərir. Yuknaytenin daha bir məşhur əsəri, Litva kişilərinin Sibirə sürgün edilməsi və Litvada qalan qadınların həyatı haqda bəhs edən "Šermenys" (1990) romanıdır.

2008-ci ildə Yuknayte incəsənət nailiyyətlərinə görə Litva Milli Mükafatına layiq görülmüşdür.

Əsərlərinin siyahısı +Orijinal dildə adıAzərbaycan dilinə tərcümə olunmuş adıJanrİlTərcümələrKürən tülkühekayə toplusu1983Ehsanroman1990Şüşə ölkəsipovest1995Ehsandrama2000Mən təslim oluram. Səs: esselər, söhbətlərmemuarlar2002, 2007Qürubdə qoca adam: Romualdas Qranauskasyaradıcı interpretasiyalar (Yelena Niuole Bukeliyene ilə müştərək müəlliflik)2004Sanki qaranlıqdanuşaqlar ilə müsahibə2007Xanım Alisanin ad günüdrama2010

Ekranlaşdırılma 2004-cü ildə "Şüşə ölkəsi" romanı əsasında eyni adlı film çəkildi, filmin rejissor Yaanina Lapinskayte olmuşdur.

İstinadlar

Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Litva yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Litva dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:Litva dilində yazan yazıçılar Kateqoriya:Litva Milli İncəsənət və Mədəniyyət Mükafatı laureatları