Böyük aclıq və ya "İrland kartof qıtlığı" () — 1845-1849-cu illərdə İrlandiyada davam kütləvi aclıq və xəstəlik dövrü. İrland dilinin dominant olduğu qərb və cənub ərazilərinə güclü təsir göstərən bu dövr An DrochshaolThe great famine () . Dúchas.ie olaraq tanınır (hərfi mənada "Pis həyat", ümumi olaraq isə "çətin vaxtlar" kimi tərcümə olunur). Bu dövrün ən pis ili "Qara 47" adlandırılan 1847-ci il idi.Éamon Ó Cuív, – the impact and legacy of the Great Irish Famine An Fháinleog Chapter 6. ", while it can mean a hard life, or hard times, also, with a capital letter, has a specific, historic meaning: means The Famine Year, particularly 1847; means the time of the Great Famine (1847–52)." Aclıq dövründə bir milyona yaxın insanın ölməsi və daha bir milyon insanın İrlandiyadan köçməsi adanın əhalisinin 20-25%-ə qədər azalmasına səbəb oldu.

İrlandiyadan kənar ərazilərdə bu hadisə bəzən İrland kartof aclığı adlanır. Aclığa "kartof küfü" adlı bitki xəstəliyinin səbəb olduğu güman olunur. 1840-cı illərdə bütün Avropadakı kartof məhsulunda özünü büruzə verən bu xəstəlik İrlandiyadan kənarda 100,000 insanın ölümünə səbəb oldu və 1848-ci ildə geniş yayılmış Avropa inqilablarına öz təsirini göstərdi. Xəstəliyin təsir gücü Viq hökumətinin 1846-cı ildən laissez-faire adlı iqtisadi siyasəti tətbiq etməsi ilə daha da kəskinləşdi. Aclığın uzunmüddətli olmasının digər səbəblərinə torpaq sahibinin mülkiyyətində yaşamaması və tək məhsuldan asılılıq daxil idi.

Bu aclıq 1801-cı ildən 1922-ci ildə Böyük Britaniya Krallığının bir hissəsi kimi birbaşa Vestminster tərəfindən idarə olunan İrlandiyanın tarixində dönüş nöqtəsi idi. Aclıq və onun təsirləri adanın demoqrafik, siyasi və mədəni mənzərəsini birdəfəlik dəyişdi, təxminən iki milyon insanın qaçqın düşməsinə və bir əsr boyu əhalinin azalmasına səbəb oldu.K.H. Connell, The Population of Ireland 1750–1845 (Oxford, 1951)T. Guinnane, The Vanishing Irish: Households, Migration, and the Rural Economy in Ireland, 1850–1914 (Princeton, 1997) Aclıq həm yerli irlandların, həm də İrlandiyadan kənarda yaşayan irland əhalinin yaddaşında iz qoydu, irlandlar və hökumət arasındakı münasibətləri daha da kəskinləşdirdi, İrlandiyadakı yerli əhali və digər ərazilərdə olan irland mühacirlər arasında millətçilik və respublikaçılıq ruhunun artmasına gətirib çıxardı.

Eyni bitki xəstəliyi 1879-cu ildə yenidən Avropaya qayıtdı, lakin artıq İrlandiyada 19-cu əsr Avropasında baş verən ən böyük aqrar hərəkat kimi tanınan Torpaq Müharibəsi başlamışdı. "Torpaq Liqası" tərəfindən təşkil edilən bu hərəkat Böyük aclıq dövründə "Lenant Hüquq Liqası" tərəfindən 1850-ci ildə irəli sürülən Üç F adlı tələblər sistemini davam etdirdi. Xəstəlik 1879-cu ildə yenidən peydə olanda "Torpaq Liqası" "adı pisə çıxmış torpaq sahiblərini" boykot etdi və liqanın üzvləri fiziki blokada quraraq fermerlərin torpaqdan çıxarılmasının qarşısını aldı. Evsizliyin azalması ölüm sayının da kəskin azalmasına səbəb oldu.

İstinadlar

Kateqoriya:Kütləvi aclıqlar Kateqoriya:Müstəmləkəçilik