Nela Erjişnik ( ) — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı. Əsl adı Nevenka Marasdır. İkinci evliliyindən sonra özünə xaç adını götürmüş, soyadını isə ərinin soyadına dəyişmişdir.

Bioqrafiya Nela Erjişnik 18 iyun 1922-ci ildə Banya Luka şəhərində anadan olmuşdur. İvan və Matildanın övladıdır. Marasın uşaqlığını Qоspiç və Otoçatsda keçirir. Burada ibtidai məktəbi və bir gimnaziyanın üç sinfini bitirir. 1935-ci ildə ailə Zaqrebə köçür, burada qız Qorniqrad gimnaziyasını bitirir. Müstəqil Xorvatiya Dövlətin dövründə şəhərin baş poçt şöbəsində işləyir. 1948-ci ildə İkinci Dünya müharibəsindən sonra Bölgə Aktyorluq Məktəbini bitirir.

Xorvatiya Milli Teatrında aktyorluq karyerasına başlamış, 1953-cü ildə Zaqreb Dram Teatrına (indiki Branko Qavella adına Dram Teatrı) köçmüşdür. 1952-ci ildə aktrisanın şöhrəti Aristofanın Lisistrata komediyasında əsas rolu gətirir. Son teatr işi Branislav Nuşiçin "Xanım nazir" komediyasında əsas rolu olur.

Aktrisa üçün kinoda ilk işi 1953-cü ildə çəkilmiş "Mavi qağayı" () filmi olur.

İştiraf etdiyi rollar ona ən böyük populyarlığı 1950-ci illərin sonlarında gətirir. Zaqreb radiosundakı "Veseliç ailəsi" adlı yumoristik proqramda iştirak edir. Orada ölkədə və dünyada baş verən hadisələri komik şəkildə şərh edən sadə bir qız Maritsa Xrdalo şəklində çıxış edir. Xarakterinin böyük bir pərəstişkarı İosip Broz Tito idi.

2003-cü ildə avtobioqrafik "Mənim üç həyatım" () kitabını nəşr etdirir.

Filmoqrafiya

Kinolar "Mavi qağayı" (), 1953. "Konsert" (), 1954. "Cənab İklanın ildönümü" (), 1955. "Geri baxma oğul" (), 1956. "Öz bədəninin sahibi" (), 1957. "Ancaq xalq" (), 1957. "148 km məsafədə qan" (), 1958. "Şəhər üzərindən siqnallar" (), 1960. "Uzbuna u Grand Hotelu", 1960. "Buludlardakı Martin" (), 1961. "Ruhlar" (), 1964. "Ağcaqayın" (), 1967.

Televiziyadakı işləri "Poletarac", 1979.

İstinadlar

Kateqoriya:Yuqoslaviya aktrisaları