3 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 3 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 3 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.
Həmin hissənin ikinci abzası ilə "1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun I hissəsinin üçüncü abzasına əsasən "3 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 3 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.
Əhalisi Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
3 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi və 9 Qarabağ müharibəsi əlili vardır. 2020-ci ilin fevral ayına olan məlumata görə 3 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 980 nəfərdi.
Poçt Veysəlli Poçt Şöbəsi 3 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1911.
Təhsil 3 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Qəsəbədə "Qayıdış qəsəbə 3 № li tam orta məktəb" fəaliyyət göstərir.
Sosial infrastruktur Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
İstinadlar
Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. - 2009. - 31 iyul. - S. 1. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Kateqoriya:Füzuli rayonunun qəsəbələri Kateqoriya:2004-cü ildə yaranan yaşayış məntəqələri