Niokolo-Koba Milli Parkı (, PNNK) — Seneqalın cənub şərqində, Qvineya-Bisau sərhədi yaxınlığındakı təbii qorunan ərazi və Ümumdünya irsi ərazisi.

Milli park 1925-ci ildə bir qoruq olaraq qurulanJ. E. Madsen, D. Dione, A. S. Traoré, B. Sambou, "Flora and vegetation of Niokolo-Koba National Park, Senegal", p.214, in L. J. G. Van der Maesen, X. M. van der Burgt, J. M. van Medenbach de Rooy (eds.), The Biodiversity of African Plants. Springer, 1996, Niokolo-Koba 1 yanvar 1954-cü ildə Seneqal Milli parkı elan edildi. 1969-cu ildə genişləndirilərək 1981-ci ildə UNESCO-MAB Biosfer Qoruğu olaraq Ümumdünya irsi siyahısına daxil edilmişdir.Niokolo-Koba National Park UNESCO Site. 1981 2007-ci ildə YUNESKO-nun Təhlükədə olan Dünya İrsi siyahısına əlavə edilmişdir.

2005-ci ildən etibarən qorunan ərazi Qərbi Afrika aslanlarının qorunduğu ərazi hesab olunur.

Coğrafiya Park, Qambiya çayının yuxarı axınının keçdiyi dağlıq bölgədə, Qvineyanın şimal-qərb sərhəddinə doğru yerləşir. Biosfer parkı Seneqalın cənub-şərq küncündəki Qvineya sərhədindən yüz kilometr məsafədə, Qvineya-Bisau sərhədindəki 9.130 kvadrat kilometr ərazini əhatə edir. Ərazinin yüksəkliyi 16 metrdən 311 metrədək dəyişir.

Flora Parkın çox hissəsi meşəli bataqlıq və mövsümi bataqlıq ərazilərinin geniş olduğu meşəlik savanna və yarı quraq sudan meşəsidir. Parkda 1500-dən çox növ bitki və Seneqaldakı meşələrin 78%-i yerləşir.

Çay hövzəsi boyunca çox sayda ağac və kol bitki örtüyü ilə örtülüdür və bu bitki örtüyü ərazi və torpağa görə dəyişir. Vadilərdə və düzənliklərdə chrysopogon və ot bitkiləri savannasının böyüdüyü geniş ərazilər var. Otluq ərazilər əsasən Paspalum arbiculare və öldürgəndən ibarətdir. Bambukun bitdiyi sahələr də var.

Vadilərdə və zolaqşəkilli meşələrdə növ cənubu Qvineyanın iqlimini əks etdirir və tropik meşələrdə lianlara daha çox rast gəlinir.

Fauna Ərazi vəhşi həyatı ilə tanınır. Seneqal hökuməti parkda 20 növ amfibiya, 60 növ balıq, 38 növ sürünən növünün (dördü tısbağa) olduğunu təxmin edir. Həmçinin parkda 80-ə yaxın məməli növü var. Bunlara (2005-ci ilə əsasən) təxminən 11000 kəl, 6000 begemot, 400 nəhəng kanna, 50 fil, 120 şir, 150 şimpanze, 3000 su keçisi (Kobus ellipsiprymnus), 2000 kolluq dukeri (Sylvicapra grimmia), bilinməyən sayda Kamerun kolobus (Colobus badius rufomitratus) və bir neçə nadir Afrika bəbiri və Qərbi Afrika vəhşi köpəkləri( Lycaon) aiddir.C. Michael Hogan. 2009

Parkda 330-a yaxın quş növü, xüsusən də ərəb doydağı, qara taclı durna, Bucorvus abyssinicus, adi döyüşkən qartal, Terathopius ecaudatus və solğun fitçalan ördək (Dendrocygna viduata) görünmüşdür.

Parkda həmçinin üç növ timsah, dörd növ tısbağa kimi sürünənlər də var.

İstinadlar

Xarici keçidlər

UNESCO World Heritage Site Datasheet Niokolo-Koba National Park UNESCO Site

Kateqoriya:1954-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Seneqaldakı ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II