Sabit Damolla Əbdulbaqi (; ) — Şərqi Türkistan İslam Respublikasının Baş Naziri, məktəb müəllimi, qazı, yazıçı və nəşriyyatçı.James A. Millward. Eurasian Crossroads: A History of Xinjiang, p. 198 O, həmçinin cədidçi idi.

Həyatı Sabit Damolla Əbdulbaqi 1883-cü ildə Qaşqar vilayətinin Atuş şəhərində anadan olub. İndi bu yerlər Çin Xalq Respublikasının Sintizyan-Uyğur Muxtarrayonuna daxildir. Bu qəsəbə daha çox tarixi Qaraxanilər İmperatorluğunun məşhur hökmdarlarından Əbdülkərim Satuk Buğranın məzarı olan yer kimi tanınır.Əli Şamil. Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı / Bakı: "Nurlan" nəşriyyatı, 2011. −. 412 s. O, təhsilini SSRİ-də, Avropada, Türkiyədə, Misirdə, Hindistanda və olduğu başqa ölkələrində alıb. O, Karakaş Yeni İslam məktəbində müəllimlik edirdi və təhsil islahatın tərəfdarı idi.NABIJAN TURSUN. The influence of intellectuals of the first half of the 20th century on Uyghur politics

1931-ci ildə, Sabit Damolla həccə gedib. O, həmçinin Qahirəni ziyarət etmişdi. Eyni vaxtda, Sincanda üsyan qalxmışdı. 1933-cü ildə Sabit Damolla həccdən qayıdıb. Başqa mənbələrə görə, o, 1932-ci ildə Hindistandan qayıdıb, Xotanın varlı Buğra ailəsindən Çin hökumətinə qarşı üsyana kömək etməyə xahiş edib.

1933-cü ilin fevralın 20-də Sabit Damolla Xotan, Qaraqaş rayonudaki üsyan lideri hakim Məhəmmən Nias Alam, oazisində Məhəmməd Əmin Buğra ilə görüşüb. Dolayısıyla, martın 16-da onlar Xotan İslam Əmirliyinin hökumətini formalaşdırıblar. Sonra, üsyan Turfana (harda ki, onun başçısı Maqsudaxun Mühitov idi) və Bargölə yayılıb. Həmin ilin noyabrın 12-də Xotan İslam Əmirliyi Şərqi Türkistan İslam Respublikası ilə birləşib və Sabit Damolla Şərqi Türkistanın baş Naziri, Niyazi Xoca isə Prezidenti olaraq seçilmişdi.JOY R. LEE. THE ISLAMIC REPUBLIC OF EASTERN TURKESTAN AND THE FORMATION OF MODERN UYGHUR IDENTITY IN XINJIANG Həmin gün Qaşqarda Milli Məclisin çağırışı olub, yeni dövlətinin konstitusiyası və rəsmi rəmzləri qəbul olunub.

Şərqi Türkistan Respublikası süquta uğradılanda, 1934-cü ilin fevralın 6-da Sabit Damolla Niyazi Xoca ilə Yəngigisara qaçıb. Həmin il, Sabit Damolla Aksuşəhərində öldürülüb.

Xatirəsi 1933-cü ilin avqustun 10-da Qaşqarda Şəqi Türkistan Respublikasının yaradılması bu günə qədər türkçü millətçilikdə vacib olay olaraq sayılır. Onu yaradanların arasında həmçinin "pan-islamist" və "sələfi" sayılan dairələrlə bağlılığı olan şəxslər də var idi. Lakin, cədidçi olaraq, Sabit Damolla əslində İslam modernizmin tərəfdarı idi. Qahirədə olaraq, o, Sintszyanın vəziyyəti haqqında bir neçə məqalə buraxmışdı. Həmin məqalələr Sintszyanın müharibə arası dövrü və, o cümlədən Şərqi Türkistan Respublikası yaradıldığı şəraiti haqqında tarixçiliyi üçün vacib mənbələrdir.

Əl-Qaidənin ideoloqu Mustafa Setməryam Nasar Sabit Damollanı Şərqi Türkistan Respublikasının banisi olaraq tərifləyib.

İstinadlar

Kateqoriya:Cədidçilik Kateqoriya:Uyğur dövlət xadimləri Kateqoriya:Uyğur pedaqoqlar Kateqoriya:Türkçülər Kateqoriya:Çin siyasətçiləri