Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (, ) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır.
Tarixi
1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi. 1967-ci il. SSRİ EA BF bərpa edildi. Tərkibinə Geologiya İnstitutu, Kimya İnstitutu, Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Biokimya və Sitokimya şöbəsi, İqtisadi Tədqiqatlar şöbəsi daxil idi. 1987-ci il. SSRİ EA BF, SSRİ Elmlər Akademiyasının Ural şöbəsinin tərkibində Başqırd Elmi Mərkəzinə çevrildi. 1992-ci il. Rusiya Elmlər Akademiyasının (REA) Ufa Elmi Mərkəzi müstəqil regional elmi mərkəz kimi fəaliyyətə başladı. 2017-ci il. REA Ufa Elmi Mərkəzi, REA Ufa Federal Araşdırma Mərkəzinə çevrildi.
Sədrləri
1951—1956 — geologiya və mineralogiya elmləri doktoru Georgi Vaxruşev 1956—1964 — kimya elmləri doktoru Roman Obolentsev 1967—1984 — kimya elmləri doktoru Sagid Rafiqov 1984—1993 — akademik Genrix Tolstikov 1993—2006 — akademik Robert Niqmatulin 2006—2010 — akademik Marat Yunusov 2011—2016 — REA müxbir üzv Useyn Cemaliyev 2016—2017 — fizika-riyaziyyat elmləri doktoru Aleksey Laçinov (vəzifələrini icra edən) 2017—2018 — biologiya elmləri doktoru Zinnur Şiqapov (vəzifələrini icra edən) 2018—2019 — iqtisad elmləri doktoru Rüstəm Axunov (vəzifələrini icra edən) 2019-cu ildən — kimya elmləri doktoru Əxət Mostafin
İnstitutları
Cənubi Ural Nəbatat Bağ-İnstitutu Biologiya İnstitutu Biokimya və Genetika İnstitutu Geologiya İnstitutu Tarix, Dil və Ədəbiyyat İnstitutu Hesablama Mərkəzli Riyaziyyat İnstitutu Rıfat Mavlütovun adına Geologiya İnstitutu Neft Kimya və Kataliz İnstitutu Orqanik Kimya İnstitutu Sosial və İqtisadi Tədqiqatlar İnstitutu Molekullar və Kristallar Fizikası İnstitutu Rail Kuzeyev adına Etnoqoloji Tədqiqatlar İnstitutu Araşdırma Mərkəzinin Poliklinikası Başqırd Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu
Məşhur alimləri
Genrix Tolstikov (21 yanvar 1933 - 25 aprel 2013) — SSRİ Elmlər Akademiyasının akademiki, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, REA-nın müxbir üzvü Yuri Monakov (7 avqust 1942 - 3 yanvar 2011) — REA akademiki, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Marat Yunusov — REA akademiki Robert Niqmatulin — REA akademiki Sagid Rafiqovч ((06) 19 aprel 1912 - 19 yanvar 1992) — SSRİ Elmlər Akademiyasının müxbir üzvü Aleksey Fydoroviç Leontyev ((27 mart) 09 aprel 1917 - 14 aprel 1987) — REA akademiki, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Useyn Cemaliyev — SSRİ Elmlər Akademiyasının akademiki, REA-nın müxbir üzvü Valentin Napalkov — REA-nın müxbir üzvü Valeri Kazakov (11 июля 1934 - 6 августа 2010) — REA-nın müxbir üzvü Viktor Puçkov — REA-nın müxbir üzvü Elza Xusnutdinova — Belarus Elmlər Akademiyasının akademiki
İstinadlar
Ədəbiyyat
Marat İlhamov, Саитова М. А. Академическая наука Башкортостана // Вестник Российской академии наук. М., 2000. — Т. 70, № 6. Rail Kuzeyev, Наука в Башкирской АССР сегодня и завтра. Уфа: Издательство Башк. респ. орг. об-ва «Знание», 1980. Robert Niqmatulin, Мои тринадцать башкирских лет // Вестник Российской академии наук. Т. 82. № 2. 2012. С. 159—169 Республика, склонённая над книгой. Башкирский филиал АН СССР. // Башкирия за полвека. Уфа: Башкирское книжное издательство, 1969.
Xarici keçidlər
REA UFAM rəsmi saytı