Ukrayna qaqauzları — Qaqauzlar Ukraynada yaşayan çoxsaylı xalqlar arasında öz saylarına görə 18-ci yerdədirlər. Ukraynada baş tutmuş 2001-ci il siyahıyalınmasına əsasən onların bu ölkədəki sayı 31.900 nəfərdir. Əcdadları əsasən 1812–1830-cu illərdə Osmanlı İmperiyasının Bolqar torpaqlarından köçürülmüş pravoslavlardır. Odessa vilayətinin cənub-qərbində Qaqauziya Muxtar Bölgəsi ilə olan sərhəd boyunca kompakt şəkildə yaşayırlar. Bununla da Ukrayna qaqauzların kompakt şəkildə yaşadıqları iki ölkədən biridir.
Tarixi Bessarabiya bolqarları kimi qaqauzların da kompakt yaşadıqları ərazilər USSR və MSSR arasında bölünmüşdür. Sonradan bu sərhədlər SSRİ dağıldıqdan sonra Moldova və Ukrayna arasında olan rəsmi dövlət sərhəddinə çevrildi. Bununla yanaşı sovet dövründə ittifaq dağılandan sonra baş verənlərin əksinə olaraq Ukrayna SSR ərazisində qaqauzların sayı durmadan artırdı. Bu dövr ərzində onların ölkədəki sayı 23.500-dən 32.000 nəfərə qədər artmışdı. 1959–1989-cu illər ərzində Ukrayna SSR ərazisindən Moldova SSR ərazisinə və eləcə də RSFSR ərazisinə qaqauzların miqrasiyası xarakterik idi bu isə yetəri qədər böyük qaqauz diasporunun yaranmasına səbəb olub.
Yaşadıqları bölgələr 200px|thumb|right|Odessa vilayətində qaqauzların yayılması (faizlə) Ukrayna qaqauzlarının 86.5 faizi Odessa vilayətində yaşayırlar. Odessa bölgəsindən yəhudilərin kütləvi şəkildə miqrasiya etmələrindən sonra sayları 27.600 qaqauzlar bölgədə yaşayan millətlər arasında saylarına görə beşinci yerə yüksələrək bölgə əhalisinin 1.1 faizini təşkil edirlər. Ukrayna qaqauzlarının əsas etno mədəni xüsusiyyətləri onların daha çox kənd həyatı sürmələridir. Ukraynada yaşayan kəndli qaqauzların sayı şəhərli qaqauzların sayından 2.5 dəfə çoxdur. Bu, qaqauzlar arasında nisbətən yüksək doğum davamlılığını qismən izah edir. Odessa bölgəsinin 5 monoetnik qaqauz kəndi var. Bunlar Vinoqradovka, Starıe Troyanı, Aleksandrovka, Dmitrovka və Kotlovina kəndləridir. Bundan başqa bölgədə 3 qarışıq bolqar-qaqauz kəndi də var. Bu kəndlərə Novoselovka, Krasnoe və Tabaki kəndi aiddir.
1989-cu ildən 2001-ci ilə qədər Ukraynadakı qaqauzların təbii artımı 8 min nəfər təşkil edib. Lakin qaqauzların daha çox Rusiya Federasiyasına miqrasiyası və seyrək məskunlaşma bölgələrində asssimilyasiyasına görə qaqauzların ölkədəki sayının eyni qalmasına səbəb olub. Şəhərdə yaşayan qaqauzlar əsasən Volqradda (2%) eləcə də Odessada (1.3%) yaşayırlar. Bununla yanaşı qaqauzlar Volqrad şəhərində saylarına görə ikinci etnik qrupdurlar. 2001-ci il siyahıyaalınmasına əsasən onların bu şəhərdəki sayı 16,76 % təşkil edir ki bu isə Ukrayna şəhərlərinə görə rekord göstəricidir. Ukraynada tarixən qaqauz dilində təhsil mümkün olmayıb. Volqrad şəhərinin 16,76 % əhalisi qaqauz olmalarına baxmayaraq 2001-ci il siyahıyaalınmasında şəhər əhalisinin yalnız 2 faizi öz ana dili kimi qaqauz dilini göstərib.
Ukraynada məskunlaşma bölgələri Odessa vilayətində 1989 və 2001-ci il siyahıyalmaları arasında qaqauzların sayı 0,9% artıb. 2001-ci il siyahıyaalmasına əsasən Ukraynanın bölgələrində yerləşmələri
Bölgə Say Faiz nisbətiOdessa vilayəti 27 617 1.1246Nikolayev vilayəti 877 0.0694Donetsk vilayəti 494 0.0102Krım Muxtar Respublikası 387 0.0191Dnepropetrovsk vilayəti 365 0.0102Luqansk vilayəti 275 0.0108Zaporojya vilayəti 268 0.0139Xerson vilayəti 239 0.0203Xarkov vilayəti 205 0.0070Digər bölgələr 1196 Ümumi 31.923
Dili 150px|thumb|right|2001-ci il siyahıyaalınmasına əsasən Odessa vilayətində qaqauz dilinin yayılma arealı 2001-ci il siyahıyalmasına əsasən qaqauzların 71 faizi öz ana dilləri kimi qaqauz dilini qeyd ediblər. Diqqət çəkən və digər siyahıyaalınmalarda da nəzərə çarpan rus dilini ana dili kimi göstərən qaqauzların artmasıdır.
Müxtəlif illərdə baş tutmuş əhalinin siyahıyaalınmasına əsasən qaqauzların ana dili:Итоги Всесоюзной переписи населения 1970 года. Том IV — М., Статистика, 1973
1970 % 1989 % 2001 % Qaqauz dili 23 564 89,0 25 401 79,5 22 822 71,5 Rus dili 2 171 8,2 5 478 17,1 7 232 22,7 Ukrayn dili 155 0,6 450 1,4 1 102 3,5 Digər dillər 574 2,2 638 2,0 496 1,6
Həmçinin bax Qaqauziya Qaqauziya himni Qaqauziya bayrağı
İstinadlar
Kateqoriya:Qaqauziya Kateqoriya:Qaqauzlar Kateqoriya:Ukrayna əhalisi