Şeyxzadə Babiç () — Başqırd ordusunda hərbi müxbir.
Həyatı və fəaliyyəti 1918–1919-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Şeyxzadə Babiç Başqırdıstanın muxtariyyətı uğrunda mübarizə aparır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar.
Xatirəsi 1993-cü ildə rejissor Malik Yakşimbetov şair Şeyxzadə Babiç haqqında "На камне кровь моя густая" () adlı sənədli film çəkib. 1995-ci ildə Başqırd Respublikasının hökuməti Şeyxzadə Babiç adına gənclər təqaüdü təsis edib. Şairin vətənində 1995-ci ildə Şeyxzadə Babiç muzeyi açılıb. Asyanovo və Zilair kənd gimnaziyaları Şeyxzadə Babiçin adını daşıyır. Asyanovo, Zilair, Sibay və Babiçlərin vətəni olan Başqırdıstanın Mişkinksk rayonunun Kıqazıtamak kəndlərində şairin büstü qoyulub. Qaliya mədrəsəsinin binasında və şairin öldüyü Zilair kəndindəki binada şairin xatirəsinə memorial lövhə qoyulub. Başqırdıstanın bir çox yaşayış bölgələrində Babiçin adına küçələr var. Çelyabinskdə Başqırd tatar ədəbiyyatı kitabxanası şairin adını daşıyır. 2017-ci ildə rejissor Bulat Yusupov Şeyxzadə Babiç haqqında "Babiç" bədii filmini çəkib. Filmdə Şeyxzadə Babiçin rolunu aktyor İlgiz Tahirov canlandırıb. 28 iyun 2019-cu ildə Ufada yerləşən telemərkəzin qarşısında şairin abidəsinin açılışı olub.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Başqırdıstan şairləri Kateqoriya:Başqırd şairlər Kateqoriya:Başqırd yazıçılar Kateqoriya:Qəzet redaktorları