Zabil Bayramov (tam adı:Bayramlı Zabil Həsrət oğlu; ) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor.

Həyatı 1950-ci ildə Ağdamın Mərzili kəndində anadan olmuşdur.

Təhsili 1966-cı ildə Ağdamın Mərzili kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981-ci ildə ADU-nun qiyabi aspiranturasını bitirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti 1972–1974-cü illərdə Laçının Vağazin kənd orta məktəbində işləmişdir. 1974–1989-cu illərdə Xankəndindi Pedaqoji İnstitutunda işləmişdir. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan Texniki Universitetində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosentidir.

Elmi fəaliyyəti Əsas tədqiqatları Azərbaycanın XVI–XVII əsrlər tarixinə həsr olunmuşdur. Elmi fəaliyyətində Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sisteminə diqqət yetirmişdir. Əsas diqqət ilkin mənbələrin, xüsusilə farsdilli qaynaqların təhlili əsasında Azərbaycan Səfəvi dövlətinin quruluşunda və idarəçilik sistemində dini təsisatların yeri və rolunun müəyyənləşdirilməsinə yönəlmişdir. Araşdırma nəticəsində sübut olunmuşdur ki, nəinki XVI, XVII əsrdə, I Şah Səfinin hakimiyyəti dövründə (1629–1642) də Səfəvilərin dini idarəçilik sistemində türk köklü şəxslər və xüsusilə seyid nəslinin nümayəndələri aparıcı rol oynamışdır. Araşdırmada XVII yüzilin 20–40-cı illərində İrəvan və Bağdad uğrunda Səfəvilərlə Osmanlılar arasında gedən hərbi-siyasi mübarizə ilə bağlı məsələlər də təhlil olunmuşdur. Tədqiqat zamanı əldə edilən elmi nəticələr xarici və respublika əhəmiyyətli jurnallarda çap edilmiş elmi məqalələrdə öz əksini tapmışdır. İki monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir. 1996-cı ildə nəşr olunmuş "Azərbaycan tarixi" dərsliyinin müəlliflərindəndir.

Kitabları Bayramlı Z. H. Azərbaycan Evliyə Çələbinin 1654-cü il "Səyahətnamə"sində. Bakı, 2001 Bayramlı Z. H. Səfəvi imperiyası. (XV–XVII əsrlər).12-ci bölmə. Azərbaycan tarixi qədim dövrlərdən 1870-ci ilə qədər. B., 1996, s.371–42 Bayramlı Z. H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006 Bayramlı Z. H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı, 2015. 21 ç.v. Bayramlı Z. H., Şabiyev B. Azərbaycan Səfəvi dövləti (XVI–XVII əsrlər). Bakı: Avropa nəşriyyatı, 2016, 344 s. Bayramlı Z. H. Azərbaycan Səfəvi imperatorluğu: Dövlət quruluşu. Bakı, “Fiyuzad” nəşriyyatı, 2020, 596 səh https://www.academia.edu/resource/work/106323930 Şuşa salnaməsi (Y. Hüseynov). Bakı, 2015. 9,5 ç.v. ön söz

Seçilmiş əsərləri Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunun bəzi məsələləri Tavernyenin səyahətnaməsində. Bakı Universiteti xəbərləri, Humanitar elmlər seriyası, № 1, 2004 Səfəvi dövlətinin idarə quruluşunda xüləfa institutunun yeri. Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, № 2, 2004 Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərində "Canqi əmirləri" institutu ilə bağlı məsələlər. Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, № 3, 2004 Jan Şardenin "Səfərnamə"sində Səfəvilər dövlətində dini divanın təkamülü ilə bağlı bəzi məsələlər. Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, № 4, 2004 XVII əsrin 80-ci illərində Səfəvi dövlətinin xarici əlaqələri səyyah gündəliklərində. Tarix və onun problemləri. № 2, 2005 Azərbaycan vilayətinin idarə olunmasında qızılbaş-türk əyanlarının rolu: Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitu-tunun Elmi Əsərləri, 2009, cild 31, s.96–103 II Şah Abbasın daxili və xarici siyasəti: Tarix və onun problemləri, Bakı, 2010, № 3, s.12–16 II Şah Abbasın dövründə Səfəvi-Moğol dövlətləri arasında qarşılıqlı münasibətlər(Məhəmməd Tahir Vəhidin"Abbasnamə" əsəri üzrə). : Tarix və onun problemləri, N 4, 2010, s. 5–12 Военная реформа Шаха Аббаса I: Журнал научных публикации аспирантов и докторантов, Курск, 2009, № 8, с. 62–64 Европейские путешественники о социально-политической природе Сефевидского государства: Актуальные проблемы гуманитарных и естественных наук. Москва, 2009, № 11, s.44–47 Роль кызылбашей в государственном устройстве в период правления шаха Исмаила II Сефевида (1576–1577) (Согласно сочинению Кази Ахмед Куми "Хуласат ат-таварих"): Казахский Национальный Университет имени Аль-Фараби, № 4(59), Алмата 2010, с.124–127 Azerbaycan Safevi devletinin askeri teşkilatı: Tarihin peşinde, Uluslararası Tarih ve sosial Araşdırmalar dergisi, Konya, Ekim 2010, sayı 4, s. 237–240 II Şah Abbasın dövründə Səfəvi dövlətinin Türküstan xanları ilə münasibətləri (Məhəmməd Tahir Vəhidin "Abbasnamə" əsəri üzrə) : Тarix və onun probemləri, Bаkı, 2011, № 1, s. 5–9 XVI–XVII yüzıllarda Karabağın etno-politik durumu. Tarihin peşinde.// Uluslararası Tarih ve sosial Araşdırmalar dergisi, Konya, ekim 2012, sayı 8. s.292–302 Şah səfinin daxili siyasəti: Tarix və onun problemləri, Bakı, 2013, № 4, s 29–33 XVII yüzilliyin 20–40-cı illərində Səfəvi-Osmanlı münasibətləri (İrevan və Bağdad uğrunda mübarizə):Tarix və onun problemləri, Bakı, 2014, № 1, s.18–35. (həmmüəllif Qəsr-i Şirin müqaviləsi: Tarix və onun problemləri, Bakı, 2014, № 1, s. 36–41 Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin ilk onilliklərinədək) dərslik, Bakı, 2015, həmmüəllif 23, 75 . Azərbaycan Baranlı sülaləsinin hakimiyyəti illərində (Yəhya Bin Əbdüllətif Qəzvininin "Lübbüt-Təvarix" əsəri üzrə) Tarix və Onun problemləri N3, Bakı.2017. səh.280–288 "Qafqaz böyük sarsıntılar şəraitində tarixi təcrübə, müasir dövr və prespektivlər" adlı respublika elmi konfransı, 4 dekabr, 2017, s. ; t.ü.e.d., prof. Bayramov Z. H." Vəliqulu bin davudqulu şamlının "Qisəsül-xəqani" əsəri və əsərdə təsvir edilən XVII əsr ədəbi mühitinə qısa bir baxış", Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, N 1, 2017, s.99–104 "Azərbaycan Baranlı sülaləsinin hakimiyyəti illərində (Yəhya bin Əbdüllətif Qəzvinin Lübbut-təvarix əsəri üzrə)"// Tarix və onun problemləri, N 3, 2017, s.280–288 "II Şah Abbasın hakimiyyəti dövründə Səfəvi-Osmanlı münasibətləri"// Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Katamonu Universiteti, Azərbaycan Turizm Universitetinin təşkil etdiyi "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfrans. Bakı, 12 – 14 oktyabr, 2017 Vəliqulu bin Davudqulu Şamlının "Qisəsül-xaqani" adlı əsəri Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəyi kimi" \\AMEA-nın həqiqi üzvü Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş "Müasir Şərqşünaslığın aktual problemləri"(Ziya Bünyadovun qiraətləri) mövzusunda beynəlxalq elmi konfrans (16 – 17 oktyabr 2017-ci il Bakı);

İstinadlar

Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər