Ətnə rayonu () — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Böyük Ətnə kəndidir.

Respublikanın Arça, Biektau rayonları və Mari El Respublikası (Morkinski rayonu) ilə həmsərhəddir.

Tarixi Rayonun ərazisi 1920-ci ilə qədər Kazan və Tsarevokokşayski qəzaları, 1920-1930-cu illərdə isə Arça kantonuna daxil idi.

10 avqust 1930-cu ildə Tukayev rayonu olaraq qurulur. 1938-ci ildə Ətnə olaraq adlandırılır. 12 oktyabr 1959-cu ildə ərazinin Tukayev rayonuna (əvvəllər Kzıl-Yulski rayonu) verilməsi ilə ləğv edilir.

25 oktyabr 1990-cı ildə Arça rayonundan ayrılmaqla bərpa edilir. Əhalisi

Əhalinin milli tərkibi Rayon respublikanın monoetnik rayonlarından biridir: əhalinin 98,6% -ni tatarlar təşkil edir. Yerli hökumət Rayon icra başçıları Xakimov Qabdulaxat Gilumxanoviç İcraiyyə Komitəsi rəhbərləri Qayumov Airat Fanilevich İqtisadiyyat Rayonda buğda, çovdar, yulaf, qarabaşaq yarması, arpa, darı, noxud becərilir. Ətlik və südlük maldarlıq və qoyunçuluq inkişaf etmişdir. Kənd təsərrüfatına xidmət edən AtnyaAqrohimservis və Atninskaya selxoztexnik müəssisələri fəaliuyyət göstərir. Nəqliyyat Rayon ərazisindən Vısokaya Qora - Boyük Ətnə - Klyuçi-Sap, Böyük Ətnə - Arça, Morki - Paranqa. Rayon ərazisindən "Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin (Yoşkar-Ola - Şali (M-7) hissəsinin) magistral yol ərazisində inşa edilməsi planlaşdırılır.

İnzibati ərazi bölgüsü 2014-cü ildə Bolşeatninski kənd inzibati vahidliyinə daxil olan Yeni Ətnə adlı yeni bir qəsəbə salınmışdır..

2014-cü ildən bəri Ətnə rayonunun 12 kənd izibati vahidliyinə 47 yaşayış məntəqəsi daxildir.

Tanınmış şəxsləri Rəşid Rahmati Arat - Türkoloq, dilçi alim, İstanbul Universitetinin professoru.

Vladislav Açalov - Sovet hərbi və siyasi xadimi.

Asqat Səfərov - Rusiya dövlət xadimi və siyasətçisi.

Fərid Təxaviyev (1930-1999) - Sosialist Əməyi Qəhrəmanı.

Sibqat Hakim - Tatar şairi.

Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, ; 1818-1889) - tatar ilahiyyatçısı, filosof, tarixçi və maarifçi.

KİV Rayonda "Әтнә таңы" ("Əntə şəfəqi") adlı tatar dilində qəzet nəşr olunur. İstinadlar

Kateqoriya:Tatarıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər