Mis (II) oksidi (mis oksidi) CuO – iki valentli mis oksididir. Qara kristaldır, normal şəraitdə olduqca sabitdir, suda həll olunmur. Təbiətdə tenorit (melakonit) mineralı kimi mövcuddur.

Alınması Mis (II) oksidi havada metalik misi qızdırmaqla (1100 ° C-dən aşağı olan temperaturda) almaq olar:

2Cu + O2 = 2СuО

Mis (II) hidroksidi, onun nitrat və ya karbonatını qızdırmaqla mis (II) oksidi almaq olar:

2Cu(NO3)2 → 2CuO + 4NO2 + O2 CuCO3 → CuO + CO2 Cu(OH)2 → CuO + H2O

Malaxiti qızdırmaqla CuO alınır:

Cu2CO3(OH)2 →2CuO + CO2 + H2O

Kimyəvi xassələri Mis (II) oksid turşularla reaksiyaya qirərək mis (II) duzları və su əmələ qətirir:

CuO + 2HNO3 → Cu(NO3)2 + H2O

CuO qələvilərlə qarşılıqlı əritməklə kupratlar alınır:

CuO + 2KOH → K2CuO2 + H2O

11000C qədər qızdırılıqda mis və oksigen alınır. Mis (II) oksidə yaxın qələn mis (II) hidroksid zəif qələvidir. Qələvilərin qatı məhlulu ilə reaksiya zamanı hidrokso-kupratlar əmələ gəlir.

Cu(OH)2 + 2NaOH → Na2 [Cu(OH)2]

Fiziki xassələri Mis (II) oksidi monoklin kristal sisteminə aiddir.

Tətbiqi CuO, yaşıl və mavi rəng vermək üçün şüşə istehsalında istifadə olunur. Bundan əlavə, mis oksid mis — yaqut şüşələrin istehsalında istifadə olunur. Mis(II) oksidi quru batareyalar hazırlamaq üçün istifadə edilə bilər.

Qeydlər

Mənbə Реми Г. "Курс неорганической химии" М, 1963 M. K. Bağıyeva. Ümumi və qeyri-üzvi kimya praktikumu. Bakı-2012

Kateqoriya:Mis birləşmələri Kateqoriya:Oksidlər Kateqoriya:Yarımkeçirici materiallar