() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Təsviri Kiçik, uzunquyruqlu quşdur. Böyük, qısa başı və qalın boz-sarı dimdiyi vardır. Erkəklərin "qaşı" və alt hissələri (sinəsi və böyürləri) çəhrayı xallarla örtülüdür. Qanadlarında ağ və çəhrayı rənglərdə geniş zolaqlar var.
Yayılması Dünyada böyük bir yayılma arealına malikdir. Türkiyənin şərqindən Qafqaza, eləcə də Orta Asiyadan Çinə qədər; Monqolustanı və Cənubi Kəşmiri əhatə edən ərazidə rast gəlinir. Naxçıvan Muxtar Respublikasında 1915-ci ildə yazda Bulqan, 1960-1970-ci illərdə Aza (Culfa rayonu) kəndləri ətrafında, müasir dövrdə Culfa rayonunun "Noxuddağ" və "Gendərə" ərazilərində qeydə alınmışdır.
Həyat tərzi Quraq dağlıq sahələrdə (1000-4000 m), yarıquraq bölgələrdə, qayalıq yamaclarda yuvalayır. Oturaq növdür.
Sayı Avropada ehtimal olunan sayı 520 cütdən çoxdur (Türkiyə, Ermənistan, Azərbaycan). Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasında Culfa rayonunun "Noxuddağ" ərazisində 2010-cu ildə müşahidə olunmuşdur. Sayı hər 5 km2-də 0-1 fərddən çox olmur. Ərazidə ümumi sayı 10-15 cütdən çox deyildir.
Azalma səbəbləri Davamsız otarma nəticəsində birki toxumlarının azalması və qayalıqların deqradasiyası.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ərazinin Ordubad yasaqlığının tərkibinə daxil edilməsi müəyyən qədər faydalı olmuşdur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Otarmanın məhdudlaşdırılması növün qorunmasına kömək edər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1870-ci ildə təsvir edilən quşlar Kateqoriya:1870-ci ildə təsvir edilən quşlar