Əlirza xan Musa xan oğlu Qovanlı-Qacar () — Qacarlar dövlətinin ədliyyə naziri.
Həyatı Əlirza xan 1825-ci ildə Tehran şəhərində doğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. 1869-cu ildə Əzdülmülk, Naibəssəltənə ləqəblərini daşıyırdı. 1855-ci ildə sarayda yaşayan qacar övladlarının təlim-tərbiyəsi ilə məşğul idi. 1871-ci ildə Mazandaran əyalətinin valisi olmuşdu. Həmin vaxdan Qacar elinin elxanı idi.
Əlirza xan 1875-ci ildə Qacarlar dövlətinin ədliyyə vəziri vəzifəsinə təyin edilmişdi. 1905-ci il inqilabında ruhanilərlə saray arasında baş verən dialoqda araçı idi.
Əlirza xan İranın böyük mülkədarlarından sayılırdı. 1896-cı ildə onun sərvəti 730 min tüməndən ibarət idi. İldə onun gəliri 45 min 200 tümən təşkil edirdi.
Əlirza xan Əhməd şah Qovanlı-Qacarın regenti, hamisi idi.
Əlirza xan 22 sentyabr 1910-cu ildə vəfat edib.
Ailəsi Əlirza xanın Abbasqulu xan, Mustafaqulu xan, Məhəmməd xan, İsa xan, Süleyman xan adlı oğulları, Tacəddövlə xanım, Sururəssəltənə xanım, Əfkaməddövlə xanım, Məryəm xanım, Ərfəəddövlə xanım adlı qızları vardı.
İstinadlar
Mənbə
Həmçinin bax Qacarlar Mustafaqulu xan Əmirsüleymani
Xarici keçidlər Cyrus Ghani: Iran and the rise of Reza Shah. I. B. Tauris, 1998, S. 11. http://www.royalark.net/Persia/qajar31.htm
Kateqoriya:İran nazirləri Kateqoriya:İran Qacarları Kateqoriya:Əmirsüleymanilər Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri