Səbuhi Mübariz oğlu Abdullazadə () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sumqayıt" klubunda və Azərbaycan milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçu.

Klub karyerası

Sumqayıt Səbuhi Abdullazadə futbol oynamağa 2007-ci ildə, 5 yaşında, Sumqayıtın "Təhsil" İEOUGIM-də başlayıb. İlk məşqçisi Ağamusa Bağırov olub. Sumqayıt FK akademiyasının yetirməsidir. Akademiyanın 11, 13, 15 və 17 yaşa qədər yaş qruplarında çıxış edib.

2018-ci ilin iyun ayında əvəzedicilərin ("Sumqayıt-2") heyətində çıxış etməyə başlayıb və 2018/19 illər mövsümün yekunlarına əsasən, ölkə çempionatının bürünc medallarını qazanıb.

2 dekabr 2017-ci il tarixinndə, 15 yaşında olarkən, XIV turun oyunları çərçivəsində "Kəpəz"lə keçirilmiş qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olan Abdullazadə, Premyer Liqada debüt edərəkKapaz vs. Sumqayıt 0 - 3 ., 2017/2018-ci il mövsümündə əsas heyətdə çıxış etmiş ən gənc futbolçu olaraq Azərbaycan futbolunun tarixinə düşüb.

Qarabağda icarə 2017-ci ilin dekabr ayında, icarə əsasında "Qarabağ"ın U-19 komandasına keçib və bu komandanın heyətində 15 oyun keçirərək, ölkə çempionatının gümüş medallarını qazanıb. 2018-ci ilin iyun ayında komandadan ayrılaraq, yenidən Sumqayıta qayıdıb. Türkiyə və Xorvatiya Gənc yaşlarında olmasına baxmayaraq, Türkiyənin "Trabzonspor"Azərbaycanlı futbolçu "Trabzonspor"un gündəmində . və Xorvatiya klublarında baxışda olub."Sumqayıt"ın futbolçusu "Trabzonspor"a transfer oluna bilər .

Sumqayıta qayıdış 2019-cu ilin iyul ayında Sumqayıt təmsilçisi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb.Rüfət və Səbuhi Abdullazadə “Sumqayıt” ilə 3 illik müqavilə imzalayıb .

2026/27 mövsümü Misli Premyer Liqasında I tur çərçivəsində "Neftçi" "Sumqayıt"ın qonağı olub. Görüşün 73-cü dəqiqəsində "Sumqayıt"dan Səbuhi Abdullazadə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Oyunda "ağ-qaralar" 3:1 hesablı qələbə qazanıblar. Yarımmüdafiəçi ikinci hissədə aldığı qırmızı vərəqədən sonra əsəblərinə hakim ola bilməyib və dəhlizdə qapının şüşəsini yumruqla vuraraq sındırıb. Nəticədə onun ayağına böyük şüşə qırıntısı düşüb. Dərhal Sumqayıtdakı xəstəxanaya çatdırılan Səbuhi burada ilkin müayinədən keçirilib. Ardınca Bakıya aparılan futbolçunun əməliyyata ehtiyacı olduğu müəyyənləşib. Uğurlu əməliyyatdan sonra futbolçu təxminən 5 ay sonra meydana dönə biləcəyi açıqlanıb.

Karyera statistikası

Klub S. Abdullazadə profile on soccerway.com .

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolSumqayıt FK2017–h.hPremyer Liqa140100000150Ümumi karyera140100000150 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.

Azərbaycan Kuboku 29 noyabr 2017-ci il tarixində ölkə kubokunda debüt oyununu keçirib. 2017/18-ci illər mövsümünün ilk mərhələsində keçirilmiş "Sumqayıt" 3:0 "Sabah" qarşılaşmasında 90 dəqiqə meydanda olub.Sumqayıt vs. Sabah 3 - 0 .

Milli komanda Azərbaycan milli komandalarıMilliOyunQolU-1720U-1930Ümumi50 U-17 10 oktyabr 2017-ci ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İrlandiya yığması ilə qarşılaşmada, 17 yaşadək futbolçulardan ibarət milli futbol komandamızın heyətində debüt edib. 90 dəqiqə meydanda olub.U17 EURO Qualifiers 2017/2018 » Group 11 » Ireland - Azerbaijan 6:0 .

U-21 10 oktyabr 2019-cu ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Fransa yığması ilə qarşılaşmada, 21 yaşadək futbolçulardan ibarət milli futbol komandamızın heyətində debüt edib. Oyunun 77-ci dəqiqəsində meydana çıxıb.U21 EURO Qualifiers 2019/2020 » Group 2 » France - Azerbaijan 5:0 .

Əsas heyət Səbuhi Abdullazadə millinin əsas heyətində 22 mart 2025-ci ildə Azərbaycanın Haitiyə 0-3 hesabı ilə məğlub olduğu yoldaşlıq oyununda debüt edib. O, matçın 68-ci dəqiqəsində Coşqun Diniyevi əvəz edərək oyuna daxil olub.

Uğurları 2017/18-ci illər mövsümü - "Qarabağ" FK, U-19 - gümüş medal; 2018/19-cu illər mövsümü - "Sumqayıt" FK, Birinci Divizion - bürünc medal; 2018/19-cu illər mövsümü - "Sumqayıt" FK, Azərbaycan Kubokunun finalçısı;

İstinadlar

Xarici keçidlər PFL - Professional Futbol Liqasının saytında profili #28 Sabuhi Abdullazada profili transfermarkt saytında

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri