Karı Çor Tigin abidəsi və ya Xian abidəsi — 2010-cu ildə Zhanq Du Yuanlı bir kəndli tərəfindən tapılmış abidədir. Kəndli tapdığı abidəni Xiandakı bazarda satmağa çalışarkən son anda Tanq Vest Market Muzeyi nümayəndələri abidəni görmüş və abidəni alaraq muzey inventarına salmıdşırlar. Karı Çor Tigin abidəsi Çinin Şaanxi əyalətinin mərkəzi, Çinin tarixi paytaxtlarından biri olan Xianda tapılmışdır. Karı Çor Tigin abidəsi və Karı çor Tiginin məzarına aid işləməli daş, bir sıra çincə yazı və arxeoloji materialla birlikdə Çinin ilk özəl muzeyi olan Tanq Vest Market Muzeyində sərgilənməkdədir.

Abidə Karı Çor Tiginin abidə məzarına aid qranitdən düzəldilmiş kvadrat formasında, üzərində bitki motivləri olan, işləməli qapaq daşı vardır. Abidə Türk-Çin əlaqələrini əks etdirməsi və iki dilli olması yönündən araşdırmaçılar tərəfindən önəmli abidə olaraq göstərilməkdədir.

Mətn Karı Çor Tigin abidəsində Orxon əlifbası ilə yazılmış 17 sətirlik türkcə mətn vardır. Bununla yanaşı, abidədə çincə mətnlər də mövcuddur. Abidə ümumi mənada yaxşı qorunmuş olmasına baxmayaraq, abidənin I və II sətirlərində olan iki sözdə geridə qalan tarixi müddətdə qırılmalar meydana gəlmişdir. Karı Çor Tigin abidəsinin türkcə hissəsinin oxunma və mənalandırılmasını Çingiz Ayyılmaz reallaşdırarkən, çincə hissəsini oxunub mənalandırılmasını isə Luo Xin etmişdir.

Mətnin mövzusu Abidə 794-cü ilin may ayında Çində meydana çıxan üsyanı yatırmaq məqsədiylə Xiana gəlib Çin imperiya ordusuna sol cinah komandanı olaraq qatılan Uyğur tigini olan Karı Çor Tigin adına ucaldılmışdır. Abidənin müasir azərbaycancaya edilmiş tərcüməsi bu formadadır:

Abidənin ölçüsü Abidə 39 x 40 sm ölçüsündə qranitdən hazırlanmış, kvadrat formasındakı daşın sol tərəfinə, yuxarıdan aşağıya doğru 29 sm-lik sahəyə yazılmışdır. Abidənin Orxon əlifbası ilə yazılmış bölümünün eni 4,5–5 sm arasında dəyişməkdədir.

Abidənin müəllifi Karı Çor Tigin abidəsi Çin imperatoru Tai Tsunqun əmri ilə saray ustalarına yazdırılmışdır.

Həmçinin bax Tanq ordusunda türklər Yağlakar sülaləsi

İstinadlar

Kateqoriya:Çin abidələri Kateqoriya:Türk yazılı abidələri