Ruşat Salih oğlu Müdərisov (, ; ) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019).
Həyatı 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakültəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı. Elə həmin il teatrın ştatına qəbul edildi və o vaxtdan bəri orada işləməyə başladı. Fatih Sayfi-Kazanlının "Hirssiz dünya" dramında kollektiv obrazda ilk dəfə səhnəyə çıxdı.
Yaradıcılığı Teatrda işlədiyi müddətdə Ruşat nisbətən geniş səhnə obrazları qalereyasını yaratdı. Hazırda teatrın aparıcı sənətçilərindən biridir. Gənc aktyorların inkişafı və formalaşmasına böyük töhfə vermişdir. Əxtəm Abuşahmanov kimi rejissorlar ilə işləmişdir.
Mükafatları Başqırdıstan Respublikasının əməkdar artisti (2008) Başqırdıstan Respublikasının xalq artisti (2019)
İstinadlar
Xarici keçidlər Ruşat Müdərisov "Nur" teatrı saytında. Kateqoriya:Başqırdıstanın xalq artistləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Ufa Dövlət İncəsənət İnstitutunun məzunları