Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, ) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri. Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur.

Həyatı Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur.Тува литературная. Вып.2 : биобиблиогр. справочник / НБ им. А. С. Пушкина Респ. Тыва; авт.-сост.: М.А. Хадаханэ, Л. М. Чадамба, Е. М. Ак-кыс, Г.М. Комбу — Кызыл, 2008. səh — 73 Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir.

Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır.Комбу С. С. Кок-оол Виктор Шогжапович / С. С. Комбу // Тувинская литература : словарь / С. С. Комбу; под ред.: Д. А. Монгуша, М. Л. Трифоновой. — Новосибирск: 2012. səh — 98. "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir. "Sambajık" adlı pyeslər antologiyası 1966-cı ildə, "Ədəbiyyat Antologiyası" 1976-cı ildə, "Baylak çurtum" adlı mahnı antologiyası isə 1988-ci ildə nəşr edilmişdir.Кок-оол Виктор Шогжапович : о нем // Тыванын чогаалчылары=Писатели Тувы. — Кызыл, 2001. səh −5.

1942-ci ildən bəri Tuvanın, 1945-ci ildən isə SSRİ-nin Yazıçılar Birliyinin üzvüdür. Rusiya Teatr İşçiləri cəmiyyətinin üzvüdür. Sovet dövründə müxtəlif orden və medallarla mükafatlandırılmışdır.

Kitabları Edebiyat Antolojisi (Çogaaldar çıındızı) (Kızıl şehri, 1976); "Çalım-Haya" (Kızıl, 1935); Yurdu Unutmayınız ("Çurttu utpаalıñar") (Kızıl, 1935), "Sambajık" (Kızıl, 1966; 2004 yılında Eduard Mijit'in hazırladığı "Kara-Dagnıñ kazırgı-bile" adındaki tek kitapta tekrar çıkmıştır), Zengin Yurdum ("Baylak çurtum") (Kızıl, 1988)

Həmçinin bax Badra İrgit Şullu Çırqal-ool Sat Mengi Oorjak

İstinadlar

Kateqoriya:SSRİ rejissorları Kateqoriya:1906-cı ildə doğulanlar Kateqoriya:1980-ci ildə vəfat edənlər Kateqoriya:Tuvalı yazıçılar Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:RSFSR-in əməkdar artistləri