Nikol Mikayılyan (), Nikol Poğosyan (), İşxan (, mənası – ) və ya Niqol (; ) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi.

Həyatı Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur.

Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.

Mikayılyan Vanda yeraltı seperatçı təşkilat qurmuş, üsyan hazırlıqları aparmışdır. O, 1908-ci ildə baş verən Gənc türklər inqilabından sonra fədai qruplarını ləğv etmək əmrini rədd etmişdir.

Nikol Mikayılyan 17 aprel 1915-ci il tarixində indiki Van ilinin Qayalar kəndində baş verən döyüşlərdə həlak olmuşdur.

İrsi Ermənistan Respublikasının Sisian rayonunda yerləşən Qızılcıq kəndinin adı İşxanasar olaraq dəyişdirilərək Nikol Mikayılyanın şərəfinə adlandırılmışdır.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:Erməni soyqırımının qurbanları Kateqoriya:erməni fədayilər Kateqoriya:Ermənistan milliyyətçiləri