Georgi Navalovski (; doğ. 28 iyun 1986, Tbilisi, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş Gürcüstan və Rusiya futbolçusu.

Həyatı

Klub karyerası Navalovski 2003-cü ildən Tbilisinin "Dinamo" klubunun əvəzedici komandasında çıxış etməyə başlayıb. Bir il sonra əsas komandaya cəlb olunmuşdur. Üç mövsüm ərzində Dinamonun heyətində 32 oyun keçirib. 2004/05 mövsümündə "Dinamo" ilə birlikdə ölkə çempionatının qalibi olub. 2007-ci ildə Rustavinin "Olimpi" komandasına transfer olunub. Bu komandanın heyətində Gürcüstan çempionatında 25 oyun, Çempionlar Liqasının birinci təsnifat mərhələsində isə iki oyun keçirib.

2008-ci ilin yanvarında azad agent statusunda Mahaçqalanın "Anji" komandasına keçib. Dağıstan klubunda iki il oynadıqdan sonra, 2010-cu ilin fevralında Bakının "İnter" komandasına icarəyə verilib. Burada 13 oyun keçirib, 1 qol vuran Navalovski, komandası ilə birlikdə Azərbaycan çempionatının qalibi olur. 2010-cu ilin avqustunda komanda yoldaşı Qoça Xocava ilə birlikdə Novqorodun "Volqa" komandasının oyunçusu olub. 2011-ci ilin yanvarında kütləvi informasiya vasitələri Navalovskinin Vladiqafqazın "Alaniya" komandasına keçməsi barədə məlumat versələr də, o, icarə əsasında eyniadlı şəhəri təmsil edən "Ximki" komandasına keçir və burada 33 oyun keçirir.,

2012/13 mövsümünün ilk hissəsini Novokuznets şəhərini təmsil edən "Metallurq-Kuzbass" klubunun, qalan hissəsini isə Xabarovsk şəhərini təmsil edən "SKA-Energiya" klubunun heyətində çıxış edib. Növbəti mövsümdə "SKA-Energiya"nın heyətində qalıb və burada 30 oyun keçirib, 1 qol vurub.

2014-cü ilin iyun ayında futbol üzrə Rusiya birinci divizionunun debütantı olan "Tosno" komandasına keçib. Burada mövsüm ərzində 26 oyun keçirib, 1 qol vurub. 2015-ci ilin yayında komanda yoldaşları — Nukri Revişvili, Qoqita Qoqua və Albert Tsxovrebov ilə birlikdə Qori şəhərini təmsil edən "Dila" komandasına keçsə də, 2016-cı ilin fevralında komandanan ayrılaraq keçmiş komandası "SKA-Energiya"ya qayıdıb. 2016-cı ilin yayında Yunanıstanın "Veriya", 2017-ci ilin yanvarında isə Azərbaycanın "Neftçi" komandasına keçib. 2017-ci ilin iyul ayında yenidən "SKA-Energiya"ya qayıdıb.

23 iyul 2018-ci ildə "Dinamo Minsk" komandasına keçib. 3 mart 2019-cu ildən ölkəsində — "Dinamo Batumi" komandasında çıxış edib.

Milli karyerası Navalovski 2008–2020-ci illər aralığında formasını geyindiyi Gürcüstan milli futbol komandasının heyətində ümumilikdə 41 oyun keçirib.

Mükafatları Dinamo Tbilisi Gürcüstan çempionatı: 2004/05

Olimpi Gürcüstan çempionatı: 2006/07

Anji Futbol üzrə Rusiya birinci divizionu: 2009

İnter Azərbaycan çempionatı: 2009/10

Dinamo Batumi Gürcüstan çempionatı: 2021

İstinadlar

Xarici keçidlər Georgi Navalovski Soccerway.com saytında Georgi Navalovski Transfermarkt.com saytında Georgi Navalovski Nationall-football-teams.com saytında

Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Neftçi PFK oyunçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Dinamo Minsk FK futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Gürcüstan idmançıları Kateqoriya:Ximki FK futbolçuları Kateqoriya:Volqa Nijni Novqorod FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular