Brackets — veb inkişafına əsas diqqət yetirən mənbə kodu redaktorudur. Adobe Systems tərəfindən hazırlanmış, MIT lisenziyası ilə azad və açıq mənbəli proqramdır və hazırda Adobe və digər açıq mənbə inkişaf etdiriciləri tərəfindən GitHub-da qorunur. JavaScript, HTML və CSS-də yazılmışdır. Brackets çapraz platformadır, MacOS, Windows və əksər Linux əməliyyat sistemləri üçün üçün mövcuddur. Brackets-də əsas məqsəd canlı HTML, CSS və JavaScript tənzimləmə işləməsidir.

4 Noyabr 2014-cü ildə Adobe Bracets-in ilk (1.0) buraxılışını elan etdi. Yeniləmə xüsusi qısa düymələr birləşmələri və daha dəqiq JavaScript göstərişləri kimi yeni xüsusiyyətləri təqdim etdi. Brackets-də JavaScript effektiv, CSS və HTML-də inkişafa böyük diqqət yetirilir. 1.0 versiyası ilə Adobe, CSS-də kodlaşdırmanın rahatlığı üçün dizayn məlumatlarını PSD sənədindən çıxaran bir xüsusiyyət elan etdi. By Harrison Weber, VentureBeat. “Adobe launches its open source text editor Brackets out of beta, releases CSS extraction tool .” November 4, 2014. November 17, 2014. 28 iyun 2016-cı il tarixindən etibarən istifadəsi az olduğu üçün xüsusiyyəti rəsmi olaraq dayandırılıb. Brackets-in son versiyası 1.14.2-dir. İstinadlar

Kateqoriya:Adobe proqram təminatı Kateqoriya:Azad mətn redaktorları Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı Kateqoriya:HTML redaktorları Kateqoriya:JavaScript