Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev () — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı Azərbaycan səhnəqrafiyasının ali təhsil almış ilk peşəkar rəssamlarından olan Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə Bakıda anadan olub. O, yeddinci sinifdən sonra 1922–1925-ci illərdə Bakı Rəssamlıq Məktəbində, 1926–1931-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanasında təhsil almışdır. 1933–1937-ci illərdə Moskvada SSRİ Böyük Teatrında rəssam işləmiş, 1937-ci ilin sonlarında Bakıya qayıtmışdır. Burada o əvvəlcə Azərbaycan Dövlət Opera və Balet Teatrında, sonra isə Gənc Tamaşaçılar Teatrında mürəkkəb quruluşlu tamaşalara bədii quruluş vermişdir.

Həsənağa Mustafayev Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ofort ("Mənzərə", "Arabaçı"), ksiloqrafiya ("Üzüm yığımı"), linoqravüra ("Xalçatoxuyanlar", "Zorxana") texnikalarını tətbiq etmişdir. Onun adı bəzi afişa və proqramlarda sadəcə "Həsən" kimi qeyd olunub.

Həsənağa Mustafayev 22 aprel 1971-ci ildə Bakıda vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940

Rəssamı olduğu tamaşalar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəssamı olduğu tamaşalar Tamaşa Müəllif Tarix Vətən Abdulla Şaiq 1942 Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov 1943 Aydın Cəfər Cabbarlı 1944 Məlik Məmməd Əyyub Abbasov 1944 Aqil və Sərvinaz Əyyub Abbasov 1956 Ana Abdulla Şaiq 1945 Bir saatlıq xəlifə Abdulla Şaiq 1956 Qaraca çoban Əbdüləzəl Dəmirçizadə 1946 Durna qatarı İsgəndər Coşqun 1958 Yanmış planetin sərvətləri Novruz Gəncəli 1963

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii tərtibatını işlədiyi operettalar Tamaşa Müəllif Tarix Lənkəran xanının vəziri Bəstəkar Niyazi 1939 Malinovkada toy Boris Aleksandrov 1939 Beş manatlıq gəlin Məmməd Səid Ordubadi, Səid Rüstəmov 1940 Evliykən subay Zülfüqar Hacıbəyov 1941 Xəsis qeyd 1958

Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında rəssamı olduğu tamaşalar Tamaşa Müəllif Tarix Məlik Məmməd Əyyub Abbasov 1946 Rus məsələsi Konstantin Simonov 1946 Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev 1947, 1956 Qərq edilmiş daşlar İlo Mosaşvili 1953 1905-ci ildə Cəfər Cabbarlı 1955 Toy Sabit Rəhman 1955 Çiçəkli dağ Məmmədhüseyn Təhmasib 1956

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan teatr rəssamları