İqor İvanoviç Sikorski () - Kiyevdə anadan olan rus əsilli Amerika alimi. Həm sabit qanadlı, həm də xüsusilə helikopterlərdə aviasiyanın bir çox istiqamətində qabaqcıl olmuşdur. Onun ən vacib aviakəşfləri 1913-cü ildə dünyanın ilk çox mühərrikli təyyarə, uçan gəmi və vertolyot kəşfləri idi. ABŞ-yə mühacirət etdikdən sonra 1923-cü ildə Long Island-da bir fermada Sikorsky Aeronavtika Mühəndisliyi Şirkətini (Sikorsky Aero Engineering Corporation) qurdu və 1930-cu illərdə Pan American Airlines üçün uçan gəmiləri inkişaf etdirdi. 1939-cu ildə bugünkü vertolyotlarda istifadə edilənə bənzər bir rotor sistemi ilə təchiz edilmiş Amerikanın ilk etibarlı vertolyotu Vought-Sikorsky VS-300 modelini hazırladı.

İstinadlar

Kateqoriya:Təyyarə dizaynerləri Kateqoriya:Aviasiya qabaqcılları

Kateqoriya:Rusiya imperiyasından ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:Maşınqayırma mühəndisləri Kateqoriya:ABŞ alimləri Kateqoriya:Ukrayna mühəndisləri